Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
18:47 | 7 aprel 2022 | Cümə axşamı
Məqaləyə 507 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynada Buça şəhərinin işğalında iştirak etmiş Rusiya Sakit okean hərbi dəniz donanması 155-ci dəniz piyadaları briqadasının hər üç əsgərindən biri bundan əvvəl Suriyada vuruşub.
Ukrayna kəşfiyyatı bildirir ki, yüzlərlə dinc sakinin öldürüldüyü Buça, İrpen və Gostomel şəhərlərinin işğalında məhz 155-ci briqada iştirak edib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, 155-ci briqadanın siyahısında olan 82 hərbçinin adları və şəxsi məlumatları dərc olunub.
Bunlardan ən azı 24-nün Suriyada Bəşər əl-Əsədin rejiminin qorunması üçün aparılan əməliyyatlarda iştirak etdiyi xəbər verilir.
Rusiya özünün Suriyadakı hərbi kontingentinin sayı barədə məlumatları heç vaxt açıqlamayıb.
Məlum olan budur ki, orada 2015-ci ildə, Rusiyanın hərbi müdaxiləsinin ilk fazasında 2 min hərbi qulluqçu olub.
Sonrakı 5 il ərzində onların sayı bir dəfə yarım arta bilərdi.
Rusiya 2017-ci ildə Suriya əməliyyatının başa çatdığını elan etsə də, bu hərbi qulluqçuların nəzərəçarpacaq hissəsi həmin ölkədən çıxarılmayıb. Çünki həmin vaxt Rusiya Tartusdakı hərbi dəniz bazasının genişləndirilməsinə dair Suriya ilə yeni müqavilə imzalamışdı.
Suriyadakı Rusiya qüvvələrinin bir hissəsinin də Vaqner özəl hərbi şirkətinin muzdluları olduğu məlum idi.
***
“The New Yorker” jurnalında hərbi məsələlərdən yazan jurnalist Robin Rayt qeyd edir ki, Ukraynada davam edən müharibə Vaqner qrupunu və onun sahibi olduğu söylənən və “Vladimir Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeni Priqojini yenidən gündəmə gətirib.
ABŞ və Britaniya rəsmiləri bildiriblər ki, indi Rusiya Ukraynada yeni hücum əməliyyatları üçün məhz bu qrupun muzdlularını səfərbər edir.
Müəllif qeyd edir ki, Rusiya bu məqsədlə Vaqner qrupunun başqa-başqa ölkələrdə, xüsusən də Afrika və Suriyada olan döyüşçülərini təcili qaydada Ukraynaya gətirir.
Bundan az əvvəl müdafiə naziri Sergey Şoyqu demişdi ki, Yaxın Şərqdən 16 min nəfər Rusiyanın tərəfində vuruşmaq üçün müraciət edib.
Putin isə demişdi ki, Ukrayna tərəfi də döyüşlərə xarici könüllülərin cəlb olunduğunu gizlətmir.
O iddia etmişdi ki, Yaxın Şərqdən olanlar pul üçün yox, “Donbas xalqını müdafiə etmək üçün” gəlirlər.
Lakin Robin Rayt yazır ki, Suriyada 11 ildir davam edən vətəndaş müharibəsinin gedişində yerli döyüşçülərdən ibarət birləşmələr yaradılıb. Bu döyüşçülərə ayda 15-35 dollar maaş verilib. Lakin indi onlara Ukraynada döyüşmələri üçün aya min dollar vəd olunub.
Amma ekspertlər bildirirlər ki, təkcə suriyalılar Ukraynadakı müharibədə strateji fərqin yaranması üçün heç nə edə bilməzlər. Belə ki, onlar yerli dili və relyefi bilmirlər. Suriyanın özündə sabitliyin saxlanması üçün Livan və İraqdan döyüşçülər, Rusiya və İrandan komandirlər gətirilib.
***
“Soufan Center” araşdrımalar mərkəzindən ekspert Kolin P.Krark deyir ki, xüsusi hazırlığı olmayan muzdluların belə müharibələrdə ziyanı xeyrindən çox ola bilər.
Ekspertin fikrincə məhz buna görə də ukraynalılar könüllü kimi yalnız xüsusi hazırlığı olanların gəlməsini istədiklərini bildirmişdilər.
Klark bildirir ki, hazırlığı olmayanlar müharibəyə pul qazanmaq və selfi çəkdirmək üçün gəlir və nəticədə itkilərin böyük hissəsini təşkil edirlər. Onları bəzən “hərbi turist” də adlandırırlar.
Məqalədə deyilir ki, Putinin Priqojinin Vaqner qrupuna möhtac qalması Rusiyanın müharibənin ilk həftələri ərzində verdiyi böyük itkilərlə bağlıdır.
ABŞ rəsmiləri bildirirlər ki, müharibənin ilk 10 günü ərzində Vaqner qrupunun min nəfərlik dəstəsindən 200 döyüşçü artıq həlak olub.
Rayt yazır ki, belə görünür, Rusiyanın canlı qüvvəyə ehtiyacı böyükdür, belə ki, hazırda Vaqner qrupu kontingentinin 90 faizi dünyanın müxtəlif yerlərindən Ukraynaya gətirilib.
Bu həftənin əvvəllərində Pentaqon bildirib ki, Vaqnerin əsas qüvvələri Donbasa gətirilib. Klark bildirir ki, onlar sıradan çıxan müddətli xidmət əsgərlərinin yerini doldurmalıdırlar.
Rayt yazır ki, müharibənin tamamilə yeni fazası başlanır.