Tiraspol tiranın əlindən çıxır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
20:01 | 7 aprel 2022 | Cümə axşamı
Məqaləyə 686 dəfə baxılıb
Şriftin ölçüsü
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Amerika Birləşmiş Ştatlarının Senatı aprelin 7-də Ukraynanın Rusiya müdaxiləsinə müqavimətini gücləndirmək məqsədilə II Dünya Müharibəsi illərində qəbul edilmiş qanuna bənzər Lend-Liz (Lend-Lease) aktını yekdilliklə qəbul edib.
Bu qanunvericilik aktı ABŞ hökumətinin uzun bürokratik prosesdən keçmədən Ukraynaya həlledici silahlar və başqa mühüm hərbi avadanlıq verməsinə yol açacaq.
Təhlilçilər bildirirlər ki, bu qanunun belə sürətlə qəbul edilməsinə səbəb Ukraynanın Rusiya təcavüzünə layiqli müqavimət göstərmək iqtidarında olduğunu nümayiş etdirməsi olub.
“Politico” yazır ki, əgər qanunvericilik aktı Nümayəndələr Palatasından da keçərsə, Adolf Hitleri məğlubiyyətə uğratmış qanun 81 ildən sonra siyasət meydanına qayıdacaq.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba aprelin 7-də Bayden administrasiyasına Lend-Liz aktının yenidən canlandırılması yolunda atdığı ilk addıma görə təşəkkürünü bildirib.
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko da “Twitter” postu ilə ABŞ rəhbərliyinə təşəkkür edib.
***
1941-ci ildə qəbul edilmiş bu qanunvericilik aktı ABŞ hökumətinə müharibədə fəal iştirak edən ölkələrə silah-sursat və başqa həyati dəstək vermək səlahiyyəti verirdi.
“Borc-icarə” (Lend-lease) mənasını verən bu qanunun rəsmi adı “ABŞ-ın müdafiəsinin gücləndirilməsi” aktı idi və ovaxtkı prezident Franklin Ruzvelt tərəfindən imzalanmışdı.
Bu sistem Vaşinqtona II Dünya Müharibəsindəki müttəfiqlərini silah-sursat, tanklar, təyyarələr, avtomobillər, ərzaq və xammalla təchiz etmək imkanı yaradırdı.
***
Bundan əvvəl, 1940-cı ildə ABŞ Britaniyaya kömək üçün başqa bir qanun – “topdansatış” (cash-and-carry) aktını qəbul etmişdi.
Buna səbəb Britaniya baş naziri Uinston Çörçilin öz ölkəsinin müharibə xərclərini çəkmək üçün imkanlarının tükəndiyini bəyan etməsi olmuşdu.
Britaniya da SSRİ-yə Almaniyanın bu ölkəyə hücumunun ilk günündən başlayaraq yardım göstərirdi.
Sistem hərbi texnikanın müharibə qurtarandan sonra ABŞ-a qaytarılmasını nəzərdə tuturdu. Amma real həyatda ABŞ-ın verdiyi yardım sonradan demək olar heç bir şəkildə geri qayıtarılmadı.
Tarixçilər bildirirlər ki, əslində bu qanunun qəbul edilməsi ilə Hitler nasizminin beli qırılıb.
***
“Politico” yazır ki, Rusiyanın Ukrayna boyunca dağıdıcı hücumları nəhayət ABŞ-ı “fövqəladə taktikaya” əl atmağa vadar edib.
ABŞ və onun Avropa müttəfiqləri indi bu qənaətdədirlər ki, bu müdaxilə qeyri-müəyyən müddətdə uzana bilər və qlobal liberal nizama “həyati təhlükə” yaradır.
Bu da qeyd olunmalıdır ki, indi Qərb liderləri Ukraynanın Rusiya təcavüzünü dəf edə biləcəyinə inanırlar.
Qanunvericilik aktının təşəbbüsçülərindən biri, demokrat senator Cin Şahin deyib ki, hazırda Ukraynaya Rusiya təcavüzünün dəf edilməsi üçün hərbi dəstək mümkün qədər tez bir zamanda verilməlidir.
Sözü gedən qanunvericilik aktının Nümayəndələr Palatasında aprelin 8-də səsə qoyulacağı gözlənilir.
Buna baxmayaraq Lend Liz qanununu dirçəltməli olan aktın Konqresin hər iki palatasının iki həftəlik tətilindən əvvəl qəbul edilib-edilməyəcəyi hələki tam məlum deyil.