Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:25 | 8 aprel 2022 | Cümə
Məqaləyə 688 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynada müharibənin dörd mümkün sonluğuna baxış:
Rusiyanın qələbəsi
Rusiyanın işğalından öncə Qərbin bir çox kəşfiyyat dəyərləndirmələri Rusiyanın qısa müddətdə qələbəsini proqnozlaşdırırdı. Bu, baş vermədi. Ukrayna yüksək motivasiyalı döyüşçülər və müxtəlif ölkələrdən göndərilən silahlarla güclü müqavimət ortaya qoydu. İndi Rusiya qələbə qazanmaq üçün çox çətin bir yol qət etməlidir.
Rusiya qoşunları Ukraynanın əsas şəhərlərini ələ keçirməyə cəhd etsələr də, güclü müqavimətə görə uğursuzluğa məruz qalıblar. Nəticədə, Moskva strategiyasını dəyişərək, diqqəti rusiyameyilli üsyançıların məskunlaşdığı Ukraynanın şərqindəki Donbas regionuna yönəltdi.
“Rusiya qoşunları Donbas ərazisinin mühasirəyə almaq üçün hərəkətə keçsələr, bu, Ukrayna ordusuna indiyədək apardıqları döyüşləri davam etməyə çətinlik yaradacaq. Bu həm də ABŞ, NATO və digər tərəfdaşlar üçün təchizatın təmin edilməsində problemlər yaradacaq”, - deyə jurnalist Karla Babb bildirib.
Əgər Rusiya yenidən paytaxt Kiyev də daxil olmaqla, böyük şəhərləri ələ keçirməyə cəhd edəsi olsa, bu, indiyədək göstəriləndən daha güclü strategiyaları, o cümlədən hava zərbələrinin həyata keçiriləcəyi deməkdir. Bu, daha çox mülki şəxslərin ölümü ilə nəticələnə bilər.
Rusiya Ukrayna ilə müqayisədə daha çox qoşuna və silaha malikdir. Bu isə ona böyük hərbi üstünlük verir.
Ukraynanın üstünlüyü
Ukraynaya döyüş meydanında üstünlük əldə etməsi üçün özündən dəfələrlə güclü Rusiya qüvvələrinə qarşı qələbələr əldə etmək lazım olacaq. Hərbi təhlilçilər deyir ki, paytaxtı saxlamaq üçün Ukrayna kiçik şəhərlərin müdafiəsindən geri çəkilməli ola bilər.
Ukrayna qüvvələri Rusiya qoşunlarını pusquya salmaqla, onların təchizat xətlərinə hücumlara davam etməklə, döyüşlərin dalana dirənməsinə və nəticədə Rusiyanın geri çəkilməsinə nail ola bilər.
“Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkilməsinə baxmayaraq, onların evə dönmək niyyəti olduğu görünmür. ABŞ hesab edir ki, Rusiya qoşunları sadəcə mövqelərini dəyişib, yenidən qruplaşıb, yanacaq və təchizat toplayıb, Ukraynaya hücumları davam etmək istəyirlər”, - deyə Amerikalı jurnalisti bildiri.
Ukraynanın üstünlüyü hərbi uğurlar və Rusiyaya qlobal təzyiqin cəmi nəticəsində baş verə bilər. Rusiya hal-hazırda həm iqtisadi sanksiyalardan, həm də diplomatik təcriddən əziyyət çəkir. Müharibə diplomatik həll ilə bitə bilər. Xüsusilə də Rusiyanın müttəfiqi Çin Moskvaya sərt təzyiq göstərəcəyi halda.
Ukraynanın üstün olması üçün kiçik də olsa, daha bir ehtimal Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Bu, rusiyalıların müharibəyə qarşı ayağa qalxması və ya elitanın çevriliş həyata keçirməsi nəticəsində baş verə bilər.
Uzanan hərbi bataqlıq
Rusiyanın hətta Ukraynanın böyük şəhələrinə nəzarəti ələ keçirəcəyi halda belə, qələbənin təmin edilməsi asan olmayacaq. Ukraynalı döyüşçülər aylarla, hətta illərlə davam edə biləcək partizan döyüşləri apara bilərlər. Döyüşçülər şəhərin dərinliklərində, damlarda, parklarda və binaların içində gizlənə bilərlər.
Qərbdən gələn silahlarlarla yaxşı koordinasiya edilmiş qüvvə güclü hücumu uzun müddət dayandırmaq gücündədir. Bu, “pat” vəziyyəti ilə nəticələnə bilər.
Münaqişənin bu tərzə keçməsi hər iki tərəfdən yüksək itkilərlə və Rusiyanın qətiyyətinin zəifləməsinə apara bilər. Nəticə Rusiyanın 1980-ci illərdə Əfqanıstandakı döyüşləri ilə bənzərlik yarada bilər.
Hal-hazırda Putinin Ukrayna ilə bağlı hədəfinin nə olduğu aydın deyil. Əgər o rusiyapərəst hökumət təyin etmək istəyirsə, o zaman bunun təminatı üçün ölkənin işğalına ehtiyac var. Bu cür işğal uzunmüddətli silahlı toqquşmalara və hərbi bataqlığa gətirib çıxara bilər.
Genişlənmiş müharibə
Ən qorxulu ssenari digər Avropa ölkələrinin də cəlb ediləcəyi genişlənmiş müharibədir. Belə müharibə bir neçə nüvə silahına malik olan ölkənin də iştirakı anlamına gəlir. Bu, tez alışacaq və faciəvi nəticələnə biləcək bir ssenaridir.
Məhz buna görə Avropa ölkələri, Birləşmiş Ştatlar və NATO münaqişənin eskalasiyasına yol verməmək üçün çox ehtiyatlı davranırlar. Onlar aydın şəkildə bildirdilər ki, Rusiya ilə müharibədə deyillər və qoşunların göndərilməsi ehtimalını üzərindən də xətt çəkdilər.
Həmçinin, onlar Ukrayna üzərindən uçuşa qadağan zonanın yaradılması təklifinə “yox” deyiblər. Bu baş verəcəyi halda onlar Rusiya təyyarələrini vurmalı olacaqdılar.
Buna baxmayaraq, bir neçə qeyri-ixtiyari addımlar və səhvlər silsiləsi nəticəsində genişlənmiş müharibə baş verə bilər. Mümkün variantlar biri də odur ki, Rusiya məğlubiyyətlə üzləşdiyi halda münaqişənin eskalasiyasinə çalışa bilər.