Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:40 | 8 aprel 2022 | Cümə
Məqaləyə 911 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna dövlət dəmir yolu rəsmilərinin bildirdiyinə görə, cümə günü Rusiyanın Ukraynanın şərqində dinc sakinlərin təxliyəsi üçün istifadə edilən dəmiryol vağzalına etdiyi raket hücumu nəticəsində 30-dan çox adam ölüb, 100-dən çoxu yaralanıb.
Kramatorskdakı dəmir yol stansiyasına iki raketin düşdüyü bildirilib. “Reuters” xəbər agentliyi xəbər verib ki, Donetsk vilayətinin qubernatoru stansiyada daha təhlükəsiz bölgələrə getməyə çalışan minlərlə insanın olduğunu bildirib.
Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrelin Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək nümayişi üçün Kiyevə səfərindən sonra Avropa İttifaqı cümə günü Rusiyaya daha çox sanksiyalar tətbiq edib.
Yeni tədbirlərə kömür, odun və kimyəvi maddələrin idxalına qadağalar və dörd Rusiya bankı ilə bütün tranzaksiyaların bloklanması daxildir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə günü bildirib ki, Rusiya qoşunları Ukraynanın şimalından tamamilə Belarus və Rusiyaya geri çəkilib. Kəşfiyyat məlumatında deyilib ki, bəzi qüvvələr çox ehtimal ki, Ukraynanın Rusiya ilə həmsərhəd Donbas bölgəsində döyüşmək üçün Ukraynanın şərqinə yerləşdiriləcək.
Cümə axşamı Zelenski Borodianka şəhərində vəziyyətin Buçadakından daha ağır olduğunu deyib. Borodianka Kiyevdən təxminən 60 kilometr şimal-qərbdə yerləşir. Zelenski deyib ki, “orada vəziyyət daha qorxuludur. Rus işğalçılarının qurbanları daha çoxdur”.
Rusların şimali ukraynalılara qarşı törətdiyi vəhşilikləri ortaya çıxdıqca bu, daha çox ölkəni Rusiyaya qarşı sanksiyalarını genişləndirməyə və daha da sərtləşdirməyə sövq edir.
ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı Rusiyanın Ukrayna vətəndaşlarına qarşı vəhşilikləri ilə bağlı daha doğru xəbərlər gəldiyini bildirib və “bir gün Moskva, necəsə, cavab verəcək” deyib.
Blinken deyib ki, ABŞ və onun NATO müttəfiqləri Rusiyadan müdafiə olunmaq üçün Ukraynanı daha çox silahla təmin etmək vədinə tamamilə sadiqdirlər.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını alqışlayıb. Lakin o, əlavə tədbirlərə - Rusiyanın neft və qaz satışına tam embarqo qoyulmasına, bütün Rusiya banklarının “SWİFT” bank sistemindən bloklanmasına və limanların Rusiya gəmiləri və malları üçün bağlanmasına çağırıb.
Yaponiya səkkiz rus diplomatı və ticarət rəsmisini ölkədən çıxarır. Yaponiya Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Ukraynadakı hərəkətlərini “qətiyyən qəbuledilməz” adlandırıb.
Altı həftə davam edən müharibədə Ukrayna vətəndaşları və döyüşçüləri də daxil edilməklə, hər iki tərəfdən ölənlərin sayı getdikcə artır.
Kremlin sözçüsü Dmitri Peskov Britaniyanın “Sky News” kanalına müsahibəsində “Bizim çox sayda hərbi itkilərimiz var və bu, bizim üçün böyük faciədir” deyib.