Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:52 | 9 aprel 2022 | Şənbə
Məqaləyə 1103 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Kreml aprelin 8-də bildirib ki, Rusiyanın Ukraynada “xüsusi əməliyyat” adlandığı hərbi əməliyyat “yaxın gələcəkdə” başa çata bilər.
“Reuters” agentliyinin xəbərinə görə Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “xüsusi əməliyyatın” vəzifələri yerinə yetirilib və bu iş Rusiya hərbçiləri və Rusiya danışıqçıları tərəfindən davam etdirilir: “Ümid edirik ki, Ukraynada xüsusi əməliyyat ən yaxın günlərdə və ya yaxın gələcəkdə öz məqsədlərinə çatacaq və danışıqlar yolu ilə qurtaracaq”.
Peskov əlavə edib ki, hərbi əməliyyatlar danışıqlar vasitəsilə başa çatacaq, danışıqların nəticəsi isə Ukrayna tərəfinin mövqeyindən asılı olacaq.
***
Peskov habelə bəzi ölkələrin BMT Baş Assambleyasının səsverməsində tutmağa çalışdığı balanslı mövqeyi başa düşdüyünü deyib.
Aprelin 7-də keçirilən bu səsvermə ilə Rusiyanın İnsan Haqları Şurasındakı fəaliyyətinə son qoyulub: “Burda söhbət başa düşməkdən və ya bağışlamaqdan getmir. Məsələ həmin o sadə olmayan şəraiti, misli görünməmiş təzyiqləri, mən hətta deyərdim rusofobiyaya təhrik edilmələri başa düşməkdir. Az-çox balanslı mövqe tutmağa çalışan bütün ölkələr bunlarla üzləşiblər. Biz bunu anlayırıq”.
Bu səsvermədə adətən Rusiyaya rəğbətli yanaşan əksər ölkələr bitərəf qalıblar, Moskvanın dost ölkə adlandığı Serbiya və Macarıstan isə Rusiyanın əleyhinə səs veriblər.
Vedomosti yazır ki, Dmitri Peskov habelə Britaniya telekanalına müsahibəsində Rusiyanın Ukraynada əhəmiyyətli itkilər verməsinə dair bəyanatına aydınlıq gətirməyə çalışıb.
O deyib ki, bu bəyanatı verərkən Rusiya Müdafiə Nazirliyinin itkilər barədə verdiyi 1351 rəqəminə istinad edib:
“Bizdə yalnız Müdafiə Nazirliyinin yaydığı bu rəqəmlər var”.
***
Məqalədə deyilir ki, Rusiya senatorlarından Andrey Turçak Kreml sözçüsünün həmin müsahibə vaxtı inamsız cavablarını tənqid edib.
Peskov “Sky News” telekanalına müsahibəsində demişdi: “Biz əhəmiyyətli hərbi itkilərə məruz qalmışıq, bu bizim üçün böyük faciədir”.
Senator Turçak özünün Telegram kanalında Peskovun bu sözlərini pisləyib. O deyib ki, rəsmi şəxslərin bəyanatları, çoxsaylı suallar yaratmamalı, aydınlıq gətirməlidir: “Əhəmiyyətli itkilər nə deməkdir? Əhəmiyyətsiz itkilər də var? Bəs Donbasda 8 il davam edən münaqişə qurbanları necə olsun? Bu bizim üçün sadəcə faciədir? İndi isə böyük faciə baş verib?”.