vaxtlı-vaxtında oxuyun! Cümə, 19 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
Ölü sayı 50-ni keçdi 14:46 | 9 aprel 2022 | Şənbə Məqaləyə 995 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölü sayı 50-ni keçdi

“Bir gün Moskva, necəsə, cavab verəcək”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna dövlət dəmir yolu rəsmilərinin bildirdiyinə görə, cümə günü Rusiyanın Ukraynanın şərqində dinc sakinlərin təxliyəsi üçün istifadə edilən dəmiryol vağzalına etdiyi raket hücumu nəticəsində azı 50 nəfər ölüb, 87 nəfər yaralanıb.

Kramatorskdakı dəmir yol stansiyasına iki raketin düşdüyü bildirilib. “Reuters” xəbər agentliyi xəbər verib ki, Donetsk vilayətinin qubernatoru stansiyada daha təhlükəsiz bölgələrə getməyə çalışan minlərlə insanın olduğunu bildirib.

Cümə günü Amerikanın Səsinin müxbiri Ceff Seldin bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla “Ukrayna ordusunun ölkəsini müdafiə etmək üçün ehtiyaclarını” müzakirə edib.

Ostin həmçinin Slovakiyanın cümə günü Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri göndərəcəyi ilə bağlı açıqlamasını təqdir edərək, sistemin “kritik müdafiə qabiliyyəti” olduğunu deyib.

O əlavə edib ki, ABŞ “Ukrayna ordusu və xalqının ehtiyaclarını qarşılamaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya etməyə davam edəcək.”

Rusiya Müdafiə Nazirliyi Kramatorskdakı dəmir yol stansiyasına hücuma görə Rusiyanın məsuliyyət daşıdığına dair xəbərləri təkzib edərək, onları “təxribat” adlandırıb.

Rusiya nazirliyi hücumda istifadə edilən “Toçka-U” raketlərinin yalnız Ukrayna silahlı qüvvələri tərəfindən istifadə edildiyini və Rusiya hərbçilərinin Kramatorska heç bir zərbə endirmədiyini iddia edən açıqlama verib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hücumu “qəsdən adam öldürmə” adlandırıb.

Ağ Ev cümə günü dəmir yol stansiyasına hücumun görüntülərinin "dəhşətli və dağıdıcı" olduğunu bildirib. Ağ Evin sözçüsü Keyt Bedinqfild CNN telekanalına müsahibəsində Rusiyanın hücumuna qarşı ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini deyib.

Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrelin Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək nümayişi üçün Kiyevə səfərindən sonra Avropa İttifaqı cümə günü Rusiyaya daha çox sanksiyalar tətbiq edib.

Yeni tədbirlərə kömür, odun və kimyəvi maddələrin idxalına qadağalar və dörd Rusiya bankı ilə bütün tranzaksiyaların bloklanması daxildir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə günü bildirin ki, Rusiya qoşunları Ukraynanın şimalından tamamilə Belarus və Rusiyaya geri çəkilib. Kəşfiyyat məlumatında deyilib ki, bəzi qüvvələr çox ehtimal ki, Ukraynanın Rusiya ilə həmsərhəd Donbas bölgəsində döyüşmək üçün Ukraynanın şərqinə yerləşdiriləcək.

Cümə axşamı Zelenski Borodianka şəhərində vəziyyətin Buçadakından daha ağır olduğunu deyib. Borodianka Kiyevdən təxminən 60 kilometr şimal-qərbdə yerləşir. Zelenski deyib ki, “orada vəziyyət daha qorxuludur. Rus işğalçılarının qurbanları daha çoxdur”.

Rusların şimali ukraynalılara qarşı törətdiyi vəhşilikləri ortaya çıxdıqca bu, daha çox ölkəni Rusiyaya qarşı sanksiyalarını genişləndirməyə və daha da sərtləşdirməyə sövq edir.

ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı Rusiyanın Ukrayna vətəndaşlarına qarşı vəhşilikləri ilə bağlı daha doğru xəbərlər gəldiyini bildirib və “bir gün Moskva, necəsə, cavab verəcək” deyib.

Blinken deyib ki, ABŞ və onun NATO müttəfiqləri Rusiyadan müdafiə olunmaq üçün Ukraynanı daha çox silahla təmin etmək vədinə tamamilə sadiqdirlər.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını alqışlayıb. Lakin o, əlavə tədbirlərə - Rusiyanın neft və qaz satışına tam embarqo qoyulmasına, bütün Rusiya banklarının SWIFT bank sistemindən bloklanmasına və limanların Rusiya gəmiləri və malları üçün bağlanmasına çağırıb.

Yaponiya səkkiz rus diplomatı və ticarət rəsmisini ölkədən çıxarır. Yaponiya Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Ukraynadakı hərəkətlərini “qətiyyən qəbuledilməz” adlandırıb.

Altı həftə davam edən müharibədə Ukrayna vətəndaşları və döyüşçüləri də daxil edilməklə, hər iki tərəfdən ölənlərin sayı getdikcə artır.

Kremlin sözçüsü Dmitri Peskov Britaniyanın “Sky News” kanalına müsahibəsində "Bizim çox sayda hərbi itkilərimiz var və bu, bizim üçün böyük faciədir” deyib.