Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
00:51 | 12 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 903 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanın şərqində “daha genişmiqyaslı əməliyyatlara başlayacağı” ilə bağlı xəbərdarlıq edərək, öz qüvvələrinin də hazır olduğunu və “cavab verəcəyini” bildirib.
Bazar günü gecə saatlarında video müraciəti zamanı Zelenski qarşıdakı günlərin də altı həftəlik müharibədəki kimi həlledici olacağını deyib.
Zelenski həmçinin CBS telekanalının bazar günü axşam nümayiş etdirdiyi “60 dəqiqə” verilişinə müsahibəsi zamanı deyib ki, Ukraynanın ayaqda qalması ABŞ-ın silah tədarükünü artırmasından asılıdır və o, Ukraynaya lazım olanların siyahısını ABŞ Prezidenti Co Baydenə təqdim edib.
“Onda siyahı var. Prezident Bayden tarixə qalib gələn və öz ölkəsinə sahib çıxmaq haqqını seçən Ukrayna xalqı ilə çiyin-çiyinə duran şəxs kimi düşə bilər. (Bu) da ondan asılıdır”, - deyə Zelenski bildirib.
Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsini müzakirə etmək üçün bazar ertəsi bir araya gəlir.
Avstriya kansleri Karl Nehammer Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib. Bu, Putinin fevralın sonunda Ukraynaya müdaxiləsindən bəri Avropa liderinin bu ölkəyə ilk səfəridir.
Bayden bazar ertəsi Hindistanın baş naziri Narendra Modi ilə virtual danışıqlar aparacaq. ABŞ-ın Rusiyanın əsas enerji sənayesi də daxil olmaqla, müxtəlif sanksiyalarla Rusiyaya təzyiq göstərməyə çalışmasına baxmayaraq, Hindistan neytral mövqe nümayiş etdirir və Rusiyadan neft və qaz almağı davam edir. Hindistan eyni zamanda Rusiyanın BMT-nin İnsan Hüquqları Şurası üzvlüyündən çıxarılması üçün keçirilən səsvermədə də bitərəf qalıb.
Ağ Evin mətbuat katibi Cen Psaki bazar günü verdiyi açıqlamada Baydenin bu görüş zamanı Rusiyanın Ukraynaya qarşı amansız müharibəsinin “nəticələrini və onun qlobal ərzaq təchizatı və əmtəə bazarlarına təsirini” müzakirə edəcəyini deyib.
Britaniyanın Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edir və Ukrayna qüvvələri “Rusiya tankları, zirehli maşınları və artilleriya texnikasını məhv etməklə, bir neçə hücumu dəf edib”.
Bazar ertəsi Yeni Zelandiya Ukraynanın döyüş səylərinə daha çox yardım, o cümlədən hərbi nəqliyyat təyyarəsi və Avropada paylama mərkəzlərinə daşınmaya kömək etmək, oradan isə qurudan Ukraynaya nəql etmək üçün 50 nəfərdən ibarət dəstək personalı göndərdiyini açıqlayıb.