Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:05 | 13 aprel 2022 | Çərşənbə
Məqaləyə 820 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Səhər saatları. Paris, mərkəz, Rue de Richelieu küçəsi. Buradakı saysız-hesabsız kafe və bistrolardan biri. Masanın üzərindəki fincanda qəhvə, kruasan, bir qədər konfitür. Çox gözəl, sakit, rahat bir ortamdır. Zaldakılar səhər yeməyi yeyir, söhbətləşirlər.
Bir qədər kənarda, sütunun arxasındakı masada isə iki nəfər oturub. Rus dilində danışırlar.
Ləhcələrindən anlaşılır ki, biri moskvalı, digəri isə “piter”li, yəni Sankt-Peterburqludur.
Kimsə ilə işləri yox.
Ziyalı görkəmli, mədəni iki insan, iki rus, iki rusiyalı.
Belələri çoxdur Parisdə. Əksəriyyəti də mühacirlərdir. Nə oliqarxdırlar, nə hakimiyyət adamı, nə məmur. Rusiyadakı “bardak”dan canlarını götürüb gələn iki adam.
Qəflətən sol masadan biri qalxır, ruslara tərəf gedir.
- Sortez tous! Je vous ai dit de sortir! Vous êtes tous des assassins! (“Rədd olun! Sizə dedim rədd olun! Hamınız qatilsiniz!”)
Diksiyasından marselli olduğu şübhə doğurmayan bu adam rusiyalılara bağırır.
Onlarsa susurlar, az sonra ayağa qalxır, gedirlər.
Arxalarınca “Cəlladlar! Qatillər! Məhv olsun Rusiya!” eşidilir.
Bu dəm ruslardan biri dayanır, geriyə dönür və bağırana yaxınlaşıb xırıltılı qəzəblə deyir:
- Mənə bax, yaramaz! Rusiyadakı hakimiyyəti sevmirəm, hətta nifrət edirəm. Amma Rusiyanın məhvini arzulayana da nifrət edirəm. Bunu bil və əsla unutma!
Sükut.
Fransa ilə bahəm, Avropanın az qala bütün şəhərlərində belə insidentlər yaşanır indi.
Avropa ölkələrində yaşayan ruslar öz dillərində küçədə danışmağa çəkinirlər.
Fəqət, Ukraynadakı müharibədə onların suçu varmı?
Axı bu insanların tam əksəriyyəti məhz siyasi baxışlarına görə Rusiyanı tərk edənlərdir.
Ukraynadakı vəhşətdə, yaşanan qanlı faciədə bu adamları günahkar saymaq olarmı?
Bilmirəm.
Qərb insanının anlamadığı, anlaya bilmədiyi paradoks yaşanır: Rusiyaya qarşı təzyiqlər və sanksiyalar nə qədər çox artırsa, Rusiya Federasiyasında vətəndaşlar hakimiyyəti bir o qədər çox dəstəkləyir.
Təbii, son 20 ildə Rusiyadakı propaqandanın miqyasını, alternativ fikrin boğulmasını da nəzərə alıram və bilirəm ki, rusiyalılar indi soyuducudan daha çox televizora inanırlar.
Rusiyada əhalinin total əksəriyyəti Ukraynadakı müharibəni indi “Məkrli Qərbə qarşı müqavimət” kimi anlayır.
Məhz bu səbəbdən “hər çətinliyə, hər məşəqqətə dözərik, təki qalib gələk” deyir onlar.
Ukraynadakı müharibədə isə qalib olacaqmı?
Yox.
Rusiyanın hərbi gücü Ukraynadan dəfələrlə çoxdur, amma Moskvanın qələbəsi Pirr zəfəri olacaq.
Məğlubiyyətdən min dəfə təhlükəli, acı və fəsadlı bir qələbə.