
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmağa dəstək üçün çərşənbə axşamı müraciətində Avropa İttifaqını Rusiyanın bütün banklarına sanksiya tətbiq etməyə və Rusiya neftinin idxalını dayandırmağa çağırıb.
Litva qanunvericilərinə video ilə müraciət edən Zelenski deyib ki, Avropa dövlətləri Rusiya ilə ticarəti davam etdirsələr, o zaman Rusiya liderləri “cəzasız qalacaqlarını biləcəklər”.
Avropa İttifaqı üzvləri Rusiya rəsmilərinə və bizneslərinə qarşı bir neçə dəfə sanksiyalar tətbiq etsələr də, Zelenskinin dediyi kimi, Rusiya qazı və neftinin idxalını tez bir zamanda kəsmək istəmirlər. Rusiyanın enerji təchizatından asılı olan bəzi Avropa liderləri belə bir addımın onların iqtisadiyyatlarına necə təsir edəcəyi ilə bağlı narahatlıqlarını ifadə edib.
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı “bu gün dünyada heç kimi, xüsusən də Rusiya kimi nəhəng bir ölkəni təcrid etmək, şübhəsiz ki, mümkün deyil” deyib. O, Rusiyanın “xüsusi hərbi əməliyyatı”nın Ukraynanın şərqindəki insanları qorumaq və Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bir daha təkrarlayıb və əlavə edib ki, Rusiyanın “başqa seçimi yoxdur” və məqsədinə çatacaq.
Ukrayna çərşənbə axşamı Rusiya qüvvələrinin Donetsk vilayətinin şərqində genişmiqyaslı əməliyyatlara hazırlaşarkən, mühasirədə olan cənub liman şəhəri Mariupol üzərində nəzarəti də təmin etməyə çalışır.
Belə bir nəticəyə Britaniya Müdafiə Nazirliyinin Ukraynanın şərqində “Rusiyanın səylərini yenidən cəmləşdirməyə davam etdiyi və qarşıdakı iki-üç həftə ərzində intensivləşəcəyini” gözlədiyini deməsindən sonra gəlinib. Nazirliyin bəyanatında deyilib ki, Rusiya qonşu Belarusdan əlavə qüvvələrini çıxarır və onları Ukraynanın şərqinə yerləşdirir.
Hər iki ölkənin xəbər agentliklərinin məlumatına görə, Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişəni müzakirə etmək üçün çərşənbə axşamı görüşməli idilər.
Mariupol meri Vadim Boyçenko “Associated Press” xəbər agentliyinə Rusiya şəhəri mühasirəyə alandan bəri 10 mindən çox mülki vətəndaşın həlak olduğunu və həqiqi itkilərin bu rəqəmdən iki dəfə çox ola biləcəyini deyib.
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi axşam saatlarında video-müraciətində Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyindən qorxduğunu deyib və Qərbi Rusiyanın bu cür silahlardan istifadə etməsinin qarşısını almaq üçün daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
Zelenskinin dediyinə görə, Ukraynanın şərqi Donetsk bölgəsindəki Rusiya tərəfdarı yarı-hərbi qüvvələrin nümayəndəsi Rusiyanın Mariupolda kimyəvi silahdan istifadə edə biləcəyini deyib.
“Dünya liderlərinə xatırlatmaq istərdim ki, Rusiya tərəfindən kimyəvi silahdan istifadənin mümkünlüyü artıq müzakirə olunub. Və artıq bu, Rusiyanın təcavüzünə daha sərt və daha sürətli reaksiya vermək demək idi”, – deyə Zelenski bildirib.
Britaniyanın xarici işlər naziri Liz Trass Britaniyanın Mariupolda artıq kimyəvi silahdan istifadə edildiyinə dair təsdiqlənməmiş məlumatlardan xəbərdar olduğunu bildirib.
Pentaqonun mətbuat katibi Con Kirbi deyib ki, Birləşmiş Ştatlar hazırda kimyəvi silahdan istifadə ilə bağlı xəbərləri təsdiq edə bilmir, lakin əgər doğrudursa, “onlar dərin narahatlıq doğurur”.