Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
12:43 | 15 aprel 2022 | Cümə
Məqaləyə 618 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
“Reuters” cüməyə keçən gecə Kiyevdə müharibə başlayandan ən güclü partlayışların baş verdiyini bildirir. Şahidlərin dediyinə görə, partlayış səsləri paytaxtın cənub-qərb hissəsində eşidilib. Nəyin partladıldığı, itkilərin olub-olmadığı bəlli deyil.
Ukrayna mediası bunun havadan müdafiə sistemlərinin işi ola biləcəyini yazır.
“Reuters” isə diqqəti partlayışların “Moskva” kreyserinin batmasından sonra baş verməsinə diqqət çəkir.
Rusiyanın Müdafiə Nazirliyi cümə günü səhər bildirib ki, Kiyev yaxınlığındakı “Vizar” hərbi zavoduna raket zərbəsi endirilib, zenit-raket komplekslərinin istehsalı və təmiri sexləri dağıdılıb. Nazirlik bildirir ki, “terror xarakterli hücumlara, yaxud Rusiya ərazisində diversiyaya cavab olaraq” Ukraynaya raket zərbələrinin sayı və miqyası artırılacaq.
Partlayışlardan sonra şəhərin bir hissəsində elektrikin kəsildiyi xəbər verilir.
Ötən gecə Ukraynanın bütün ərazisində hava həyəcanı eşidilib.
***
Ukrayna Prezidenti Vladimir Zelenski xalqının Rusiya işğalına qarşı dirənişini alqışlayıb, onların “həyatının ən vacib – vuruşmaq qərarını verdiyini” deyib. Zelenski bu sözləri Rusiyanın Qara Dəniz donanmasının flaqman gəmisinin batdığı gün dilə gətirib.
Aprelin 14-də axşam çıxış edən Zelenski deyib ki, ukraynalıların Rusiyanın hücumuna 50 gün duruş gətirdiklərinə görə fəxr etməlidirlər, baxmayaraq ki, işğalçılar “bizə maksimum beş gün vermişdilər”.
***
Prezident “Rusiya hərbi gəmilərini, hətta dənizin dibinə də olsa, göndərməyn mümkün olduğunu göstərənləri” vurğulayıb. Rusiyanın “Moskva” kreyseri dünən axşam Qara dənizdə batıb.
Rusiya Müdafiə Nazirliyi gəmiyə yanğından sonra ciddi ziyan dəydiyini, tufanda limana aparılarkən batdığını deyir. Ukrayna rəsmiləri isə gəminin həmin gün Neptun gəmi əleyhinə raketlə vurulduğunu bildirir.
Birləşmiş Ştatlar “Moskva”nın raketlə vurulduğunu deməyə yetərincə informasiyası olmadığını bildirib.
“Ancaq əlbəttə ki,.. bu, Rusiyaya böyük zərbədir”, – Milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.
***
Bu arada Rusiya donanması Ukraynanın Qara dəniz sahillərindəki şəhərlərini bombalamaqdadlr. Aprelin 16-də paytaxt Kiyevdə də güclü partlayış eşidilib, yerli media belə yazır. Ölkənin şərqində döyüşlər şiddətlənir.
Media cənubdakı Xerson, şərqdə Xarkov və Ukraynanın qərbində İvano-Frankovsk şəhərlərində partlayışların eşidildiyini xəbər verir.
Ukrayna hakimiyyəti ölkənin şərq hissəsində Rusiya qüvvələrinin yeni hücumunu gözləyir. Hazırda Rusiya bu əraziyə fokuslanıb, Luqansk regionundakı Popasna və Rubijne şəhərlərini tutmağa çalışır, Ukrayna ordusu məlumatı aprelin 15-də yayıb.
Amma Ukrayna Baş Komandanlığı Rusiyanın buna nail olmadığını bildirib.
***
Aprelin 14-də isə Ukraynanın döyüş gedən şəhərlərindən humanitar dəhlizlərlə 2 min 557 nəfər evakuasiya olunub. Baş nazirin müavini İrina Vereşçuk dünən axşam bu haqda məlumat verib.
Onlardan 289 nəfər mühasirədə olan Mariupol şəhərindən öz nəqliyyat vasitəsilə çıxıb.
Şərqi Luqansk vilayətindən isə 220 nəfərin təhlükəsiz çıxarıldığı bildirilir.
Ukrayna rəsmiləri Mariupolda on minlərlə insanın öldürüldüyünü bildirir, Rusiyanı həftələrdir şəhərdən çıxa bilməyən dinc sakinlərə humanitar yardımı önləməkdə ittiham edir.
Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı səbəbsiz müharibə bu ölkənin 44 milyonluq əhalisinin təxminən dörddə birini evindən didərgin salıb, minlərlə insan öldürülüb, yaxud yaralanıb, şəhərlər dağıdılıb.