Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:14 | 15 aprel 2022 | Cümə
Məqaləyə 868 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Mariupol şəhərində ağır döyüşlərin getdiyi, Rusiya qüvvələrinin bu strateji şəhərə tam nəzarət etməyə çalışdığı xəbərləri gəlir. Ukrayna baş nazirinin müavini İrina Vereşuk bildirib ki, mühasirədə olan Mariupol liman şəhəri da daxil olmaqla, dinc əhalinin təxliyəsi üçün bir neçə şəhərdən 9 humanitar dəhlizin açılması ilə bağlı Rusiya ilə razılıq əldə edilib.
Vereşuk “Telegram” kanalında yayımladığı bəyanatda aprelin 14-nə olan təxliyə marşrutlarının bir hissəsinin Berdyansk, Tokmak və Enerhodar, digər hissəsinin isə şərqdəki Luqansk bölgəsində açılaçağını yazıb. O həmin dəhluzlərin yalnız işğalçı Rusiya qüvvələrinin atəşi dayandırdığı təqdirdə fəaliyyət göstərəcəyini bildirib.
Ukrayna Mariupolda on minlərlə insanın öldürüldüyünə inandığını bildirir və Rusiyanı həftələrdir şəhərdə qapalı qalan mülki vətəndaşlara yardım çaydırmağa çalışan yardım karvanlarına mane olmaqda günahlandırır.
Ukrayna hakimiyyəti ölkənin şərqin yaşayan mülki əhalini Rusiya qüvvələrinin gözlənilən hücumundan əvvəl bölgəni tərk etməyə çağırıb.
Aprelin 8-də Donetsk vilayətinin Kramatorsk şəhərinin qatar stansiyasına edilən raket hücumu mülki əhalinin qaçması çağırışları daha böyük aktuallaşdırıb. Hücum vaxtı vağzal döyüş zonasından çıxmağa çalışan qadın, uşaq və yaşlılarla dolu idi. Dəmiryolu vağzalına raket zərbəsi onlarla insanın həyatına son qoyub.
Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı səbəbsiz müharibə bu ölkənin 44 milyonluq əhalisinin təxminən dörddə birini evindən didərgin salıb, minlərlə insan öldürülüb, yaxud yaralanıb, şəhərlər dağıdılıb.