Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
19:06 | 15 aprel 2022 | Cümə
Məqaləyə 853 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ukraynanın mühasirədə olan Mariupol şəhərində insanların “acından öldüyünü” deyib. O, Rusiyanın qarşıdakı həftələrdə hücumlarını gücləndirəcəyi üçün ölkədəki humanitar böhranın daha da ağırlaşacağını proqnozlaşdırıb.
Ümumdünya Ərzaq Proqramının icraçı direktoru David Bisli cümə axşamı Kiyevdə “Associated Press” agentliyinə verdiyi müsahibəsində Rusiyanın taxıl ixrac edən Ukraynaya müdaxiləsinin onun sahillərindən uzaqda olan ölkələrin sabitliyini poza biləcəyi və miqrant dalğalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Bisli fevralın 24-də başlayan müharibənin “Ukrayna xalqını viran” etdiyini deyib və münaqişə zamanı ehtiyacı olanlara yardım etməyə çalışan Ümumdünya Ərzaq Proqramı və digər təşkilatların üzləşdiyi çıxışsızlıqdan təəssüfləndiyini bildirib.
O, “Mən heç bir yüngülləşmə görmürəm. Sadəcə, bunun hazırda baş verdiyini görmürəm” deyib.
Döyüşlərin paytaxt ətrafından çəkilərək, Ukraynanın şərqinə doğru dəyişməsi ac ukraynalılara yardımı xüsusilə çətinləşdirib.
Ümumdünya Ərzaq Proqramı indi döyüşə girə biləcək ərazilərə ərzaq ehtiyatı çatdırmağa çalışa da, Bisli etiraf edib ki, vəziyyət sürətlə dəyişdikcə “çətinliklər də artır”.
Onun sözlərinə görə, çıxışın olmaması problemin bir hissəsidir, lakin resurslar müharibə səylərinə yönəldildiyi üçün işçi qüvvəsi və yanacaq çatışmazlığı da yaşanır.
“Bu, yalnız yaxın bir neçə gün deyil, növbəti bir neçə həftə və bir neçə ay daha da mürəkkəbləşə bilər. Əslində vəziyyət getdikcə pisləşir, müəyyən ərazilərdə cəmləşir və cəbhə xətləri uzanacaq”, - deyə o bildirib.
Bisli mühasirədə olan və müdafiəçilərinin sayı getdikcə azalan liman şəhəri Mariupolda 100 mindən çox mülki vətəndaşın ərzaq, su və istiliyə ehtiyacı ilə bağlı narahatlığını xüsusi ifadə edib.
Ümumdünya Ərzaq Proqramı şəhərə giriş tələb etsə də, şəhərə çıxışa nəzarət edən Rusiya qüvvələri yardıma icazə verməyib.
“Biz Mariupol əhalisindən və əlimizin çata bilmədiyi digər insanlara üzümüzü döndərməyəcəyik. Lakin bu dəhşətli bir vəziyyətdir, insanlar acından ölür”, deyib.
Rusiya Mariupolu ələ keçirməkdə qərarlıdır. Belə ki, planlaşdırdığı hücum üçün ilhaq etdiyi Krım yarımadasındakı qüvvələrinin Ukraynanın şərqi sənaye mərkəzi Donbasın digər hissələrindəki qoşunları ilə birləşməsini istəyir.