vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
Mariupolda şiddətli döyüşlər gedir 12:23 | 16 aprel 2022 | Şənbə Məqaləyə 747 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mariupolda şiddətli döyüşlər gedir

İşğalçılar hücuma başladıqdan bəri ilk dəfə uzaqmənzilli raketlərdən istifadə

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna aprelin 15-də bildirib ki, onun silahlı qüvvələri Mariupolu mühasirədə saxlayan Rusiya qüvvələrinə qarşı hərəkətə keçiblər və mühasirəni yarmağa çalışırlar.

Bunu “Reuters” agentliyi Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanikə istinadən xəbər verir: “Mariupolda vəziyyət ağır və gərgindir. Bu saatlarda orada döyüşlər gedir. Rusiya ordusu daim şəhərin alınması üçün yeni qüvvələr göndərir. Lakin indiyə olan məlumata görə Rusiya qüvvələri şəhəri tam ələ keçirə bilməyiblər”.

Motuzyanik deyib ki, Rusiya qüvvələri fevralın 24-də hücuma başladıqları vaxtdan bəri ilk dəfə olaraq uzaqmənzilli raketlərdən istifadə ediblər.

Rusiya qüvvələri Ukraynanın şərqindəki Rubejni və Popasna şəhərlərini ələ keçirməyə çalışırlar.

Rusiya MN aprelin 15-də Mariupoldakı İliç poladəritmə zavodunu ələ keçirdiyini bildirib. Bu xəbər müstəqil mənbələr tərəfindən hələ ki, təsdiqini tapmır.

Ukrayna qüvvələrinin əsasən Azovstal zavodu ərazisində hücumları dəf etdiyi xəbər verilir.

Hər iki zavod Ukraynanın Metinvest qrupuna məxsusdur. Şirkətin rəhbərliyi “Reuters” agentliyinə bildirib ki, bu müəssisələrin Rusiya hakimiyyəti altında işləməsinə imkan verilməyəcək: “Biz Ukraynanın qələbəsinə inanırıq və istehsalatı döyüş əməliyyatları qurtarandan sonra davam etdirəcəyik”.

***

Rusiya xüsusi diplomatik nota göndərməklə NATO-nun Ukraynaya hərbi dəstək verməməsinə dair xəbərdarlıq edərək bunun regional təhlükəsizlik üçün “öncədən bilinməyən nəticələri” ola biləcəyini bildirib.

Bu barədə xəbəri Rusiyanın göndərdiyi məktubun surətinə istinadən “The Washington Post” qəzeti yayıb:

“Biz Birləşmiş Ştatları və onun müttəfiqlərini Ukraynanın məsuliyyətsizcəsinə hərbiləşdirilməsini dayandırmağa çağırırıq. Bunun regional və beynəlxalq təhlükəsizlik üçün öncədən görünməyən nəticələri ola bilər”.

Rusiya habelə xəbərdarlıq edib ki, göndərilən silahlar Ukraynada ekstremistlərin əlinə keçə bilər.

“The Washington Post” ehtimal edir ki, Moskva bu məktubu ABŞ-ın Kiyevə 800 milyon dollarlıq hərbi yardım elan etməsinə cavab olaraq göndərib.

Bu da qeyd olunur ki, Rusiyanın ABŞ-dakı səfirliyi məktubu Dövlət Departamentinə təqdim etsə də, rəsmilər sənədə hələ ki, heç bir münasibət bildirməyiblər.

Bundan əvvəl dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri ilə telefon söhbətində Vaşinqtonun Kiyevə hərbi, iqtisadi və humanitar dəstəyi davam etdirmək əzmində olduğunu bildirmişdi.

Aprelin 13-də Pentaqonun Ukraynaya yeni yardım paketi elan olunub. Bu paketə ağır hərbi texnika, haubitsa topları, zərbə dronları, antitank raketləri və helikopterlər daxildir.

***

Rusiyanın Müdafiə Nazirliyi Kiyev yaxınlığında “hərbi” zavodu dənizdən Kalibr uzaq mənzilli raketlərlə vurduğunu bildirir.

Ukrayna prezidentliyi paytaxt kənarındakı Vasilkivdə partlayış səsləri eşidildiyini deyir.

Rusiya həmçinin “S-400” Zenir Raket raket kompleksinin Ukraynanın “Mi-8” vertolyotunu vurduğunu, həmin vertolyotun aprelin 14-də Bryansk vilayətində dinc sakinlərə hücumlar həyata keçirdiyini açıqlayıb.

Ukrayna bu ittihamları rədd edib, “Rusiyada Ukraynaya qarşı isteriya qızışdırmaq cəhdi” adlandırıb.

Rusiya fevralın 24-də hücuma başlayandan Ukraynanın şərqindəki Xarkov regionunda azı 503 dinc sakin öldürülüb, Ukrayna rəsmisi belə deyir.

Vilayət qubernatoru Oleq Sinehubov ölənlərdən 24-nün uşaq olduğunu yazıb.

Rusiya sərhədinə yaxın olan bu şəhər müharibə başlayandan ön cəbhəyə çevrilib, ciddi dağıntılara məruz qalıb.