Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:13 | 16 aprel 2022 | Şənbə
Məqaləyə 661 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri 2500-3000 arasında ukraynalı hərbçi həlak olub. Bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Prezident yaralı hərbçilərin sayının 10 minə yaxın olduğunu bildirib. Döyüşən tərəflər indiyədək nadir hallarda itkiləri barədə məlumat veriblər. Mart ayında Rusiya Müdafiə Nazirliyi Ukraynada 1500-dən çox hərbçisinin həlak olduğunu etiraf edib.
Ukrayna tərəfi isə müharibə başlayandan bəri Rusiya ordusunun 20 min nəfərə yaxın itki verdiyini bildirir.
Müharibə dövründə mülki əhali arasında itkilərə bağlı məlumatlara gəlincə, Ukrayna prezidenti dəqiq rəqəm deməyin çətin olduğunu vurğulayıb.
“Mülki əhali haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda yaşayış məntəqələri və şəhərləri blokadaya salınıb – şərqdə Xerson, Berdyansk, Mariupol və şərqdə Volnovaxanın yerləşdiyi ərazi – biz blokadada olan o ərazilərimizdədə nə qədər adamın həlak olduğunu sadəcə olaraq bilmirik”, - Zelenski bildirib.
***
Mariupol meri Vladimir Boyçenko “Current Time”a bildirib ki, martın 20-dən sonra kommunal xidmətlər ölənləri dəfn edə bilməyiblər, insanların cəsədləri isə küçədə qalıb.
Onun sözlərinə görə, Rusiyadan yük maşınlarında olan mobil krematoriyalar şəhərə gətirildiyini və bu məlumat Ukrayna kəşfiyyatı tərəfindən təsdiqləndiyin deyib.
Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyatın” başlandığını elan edib. Döyüşlər zamanı rus qoşunları Ukraynanın cənubunda Xerson şəhəri ilə yanaşı, Xarkov vilayətində və Donbasda da ərazilərin bir hissəsini işğal ediblər.
Bir müddət sonra Rusiya qoşunları Kiyevdən və Ukraynanın şimalından geri çəkilib.
BMT-nin məlumatına görə, 4,7 milyondan çox ukraynalı ölkəni tərk edib, iki minə yaxın mülki əhali həlak olub.