Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
08:59 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 569 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Müharibə cinayətləri beynəlxalq humanitar hüquq pozuntusudur. Mülki əhalini bilərəkdən hədəfə almaq, uşaq əsgərlərin cəlb edilməsi, işgəncə və zorlama aktları müharibə cinayətləri hesab edilir.
Bütün müharibə cinayətlərini sadalayan vahid sənəd mövcud deyil. Amma beynəlxalq humanitar hüququn əsas prinsipləri İkinci Dünya Müharibəsindən sonra tətbiq edilməyə başlayan Cenevrə Konvensiyasında və Beynəlxalq Cinayət Məhkəməsinin əsasını qoyan Roma Əsasnaməsində təsbit edilib.
Niyyət müharibə cinayətinin əsas komponentidir.
Məsələn, xəstəxananı bombalamaq özü-özlüyündə müharibə cinayəti deyil, amma bunu bilərəkdən və ya kor-koranə etmək müharibə cinayəti hesab edilə bilər.
Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayətlərinə, o cümlədən soyqırım kimi tanınan bəşəriyyətə və insanlığa qarşı cinayətlərə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin 123 üzvündən biri olmasa da, məhkəmənin yurisdiksiyası ona da şamil edilir.
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan fevral ayında bildirib ki, o, Ukraynadakı potensial müharibə cinayətlərini araşdıracaq.
Əldə edilən nəticələrə əsasən məhkəmə müharibə cinayətlərinə görə rusiyalı fərdləri təqib edə bilər, amma bu cinayətlərə görə Rusiya hökumətini araşdıra bilməz.
Bunun səbəbi Rusiyanın, ABŞ və Çin kimi Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmamasıdır.
Beynəlxalq Cinayət Məhkəməsi həm də insanları iştirakları olmadan mühakimə edə bilməz.
Odur ki, rusiyalı şübhəlilər Beynəlxalq Cinayət Məhkəməsinin zalında fiziki iştirak etmədikləri müddətdə mühakimə edilə bilməzlər.
***
Ölkələr fərdi olaraq Rusiya rəsmilərini və ya hərbi heyəti beynəlxalq hüquq pozuntusuna görə təqib edə bilərlər. Bu, “universal yurisdiksiya” konsepsiyası altında mümkündür.
Amma bu cür hallar əsasən cinayət törətmiş fərdlərə qarşı icra edilən cəzaya gətirib çıxarmır.
Əlavə olaraq, bir çox ölkə qanunları Rusiya prezidenti Vladimir Putin kimi hazırda vəzifədə olan dövlət başçılarını və ya yüksək vəzifəli hökumət rəsmilərini təqib etməyi qadağan edir.
Başqa bir yol, İkinci Dünya Müharibəsindən sonra nasistləri müharibə cinayətlərinə görə təqib etmək üçün yaradılmış Nürnberq prosesi kimi bir tribunalın yaradılmasıdır. Tribunallar həmçinin keçmiş Yuqoslaviyada və Ruandada zorakı münaqişə nəticəsində soyqırım və digər cinayətlər üzrə fərdlərin mühakimə edilməsi üçün yaradılmışdı.