Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
09:07 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 601 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Baş nazir Nikol Paşinyanın bugünlərdə parlamentdə həm də Qarabağ barədə çıxışı müxalifəti hərəkətə gətirib. Aprelin 18-də keçmiş prezident Serj Sərkisyana bağlı “Şərəfim var” fraksiyasının başçısı Artur Vanetsyan İrəvanın Azadlıq meydanında tək oturaq aksiyaya başlayıb: “Bu çıxışda elə fikirlərə və qiymətləndirmələrə yol verilib ki, fikrimcə, bunlar erməni xalqının əksəriyyəti üçün məqbul deyil”.
Paşinyan həmin çıxışında demişdi ki, beynəlxalq birlik Ermənistanın Dağlıq Qarabağın statusu məsələsində tələblərini azaltmasını gözləyir.
Paşinyanın hakimiyyətə gəlişinin ilk ilində Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru olmuş Artur Vanetsyan deyib ki, onun aksiyasından məqsəd Paşinyanın Qarabağ məsələsində birtərəfli güzəştə getməsinin qarşısını almaqdır.
Vanetsyan bildirib ki, ölçülü-biçili həyat tərzinə malik insan üçün küçədə gecələmək çətindir. Müxalifətçi bildirib ki, meydanda böyük insan axını vardı və o bunu gözləmirdi.
Onun sözlərinə görə adamlar gəlirlər, söhbət edirlər və xahiş edirlər ki, “bu şər hakimiyyətindən qurtarmaq üçün sonadək mübarizə aparacağımıza söz verək”.
Keçmiş MTX rəhbəri bildirib ki, adamların dəqiq fəaliyyət planı da var: “Bir müddətdən sonra siz bu və digər aksiyaların baş verdiyini müşahidə edəcəksiniz. Mən əminəm ki, xalq bizə inansa, mənsə inanıram ki, inanacaq, əgər hər birimiz bu mübarizəyə öz töhfəmizi versək, çox tezliklə nəticəyə nail olacağıq”.
***
Jurnalistlər Vanetsyandan soruşublar ki, müxalifət Dağlıq Qarabağ və hakimiyyətin dəyişdirilməsi uğrunda mübarizədə deputat mandatlarından imtina edə bilərmi?
“Bütün bunlara nail olmaq üçün keçid məsələsini – hazırkı hakimiyyətin ləğvi məsələsini həll etmək lazımdır. Hakimiyyət dəyişikliyi parlamentdə küçənin təzyiqi altında baş verəcək və mandatlar bizə bu işin başa çatdfırılması üçün lazım olacaq”.
Azatutyun yazır ki, aprelin 17-18-də Azadlıq meydanında digər müxalifət fraksiyasının – Hayastanın deputatları da olublar.
Vanetsyan deyib ki, ona başqa siyasi xadimlər də baş çəkiblər.
Deputat Ağvan Vardanyan bundan əvvəl Azatutyuna demişdi ki, söhbət çoxmərkəzli birliyin yaradılmasından gedir.
Vardanyan Vanetsyanın bu ilk addımını alqışladığını bildirib.