Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
01:55 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 576 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya ordusu Ukraynanın şərqində bütün cəbhə xətti boyunca hücuma başlayıb. Bunu aprelin 18-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov təsdiq edib: “Bu rəsmi bəyanatdır. Bugün səhər Donetsk, Luqansk və Xarkov vilayətlərində işğalçılar bütün cəbhə boyunca bizim müdafiəmizi yarmağa cəhd göstəriblər. Xoşbəxtlikdən bizim hərbçilər möhkəm dayanıblar. Onlar yalnız iki şəhərdə xətti keçə biliblər. Bu Kremennaya və daha bir kiçik şəhərdir. Döyüşlər davam edir və biz ərazilərimizi vermirik və onların aktiv fazaya keçid cəhdi bugün səhər başlanıb”.
O əlavə edib ki, Ukrayna hakimiyyət orqanlarının məlumatına görə Rusiya ordusunun planı 24 aprelə, yəni pravoslav Pasxasına qədər Donetsk və Luqansk vilayətlərini zəbt etməkdir.
***
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da “Facebook” səhifəsində Donbas istiqamətində Rusiya tərəfindən “hücum başlandığını göstərən əlamətlərin” müşahidə olunduğunu bildirib:
“Şərq əməliyyat zonasında hücum əməliyyatının başlandığını göstərən əlamətlər qeydə alınır. Təcavüzkar Slobojan və Donetsk əməliyyat zonalarının müxtəlif istiqamətlərində hücum və həmlə əməliyyatlarını fəallaşdırıb. Volınsk, Polessk və Seversk istiqamətlərində düşmənin fəaliyyətində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb”.
Hərbi ekspertlər bundan əvvəl “Current Time” telekanalı ilə söhbətlərində demişdilər ki, Rusiya Donbasda hücum əməliyyatını mayın 9-dək başa vurmağa çalışacaq.
Hərbi ekspert Oleq Jdanov bildirmişdi ki, Rusiya hücumunun əsas ssenarisi iki istiqamət – İzyumdan və Qulyaypoledən Kramatorska qədər gözlənilir. Rusiya qüvvələri burada birləşərək Ukrayna qüvvələrini mühasirəyə salmağa çalışacaqlar.
Luqansk vilayəti icra hakimiyyətinin başçısı Sergey Qayday “Current Time” kanalına təsdiq edib ki, aprelin 18-də Ukrayna qüvvələri Kremennaya şəhərindən geri çəkiliblər və bu şəhər Rusiya qüvvələrinin nəzarətinə keçib.