Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:10 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 768 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Kiyev yaxınlığındakı İrpen şəhərində Rusiya qoşunlarının işğalı dövründə 269 dinc sakin öldürülüb. Bu barədə məlumatı Ukrayna Baş İstintaq İdarəsinin nümayəndəsi Sergey Panteleyev verib. Onun sözlərinə görə polis şəhərdə istintaq hərəkətlərini yekunlaşdırıb və adamların güllələndikləri 7 yer müəyyən olunub.
Panteleyev qeyd edib ki, müstəntiqlər Rusiya hərbçilərinin yerləşdirildikləri yaşayış məhəllərinə, fərdi evlərə və mağazalara baxış keçirib.
Panteleyevin sözlərinə görə bundan başqa Ukrayna polisi Rich Town yaşayış kompleksinin Rusiya ordusu tərəfindən atəşə tutulmasına dair materialları Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edib.
***
Rusiya Müdafiə Nazirliyi aprelinin əvvəllərində iddia etmişdi ki, guya Ukrayna hakimiyyət orqanları sonradan Rusiya silahlı qüvvələrini İrpenin mülki əhalisinin qətliamında ittiham etmək məqsədilə təxribat hazırlayır.
Rusiya qoşunları İrpenə fevralın axırlarında yaxınlaşmışdı. Bundan sonra regionda aktiv döyüşlər getmişdi.
Şəhərdən yaşayış yerlərinin atəşə tutulduğu xəbər verilirdi.
Martın axırında Rusiya qüvvələri İrpendən çıxarılıb.
Şəhər hakimiyyəti İrpendə binaların 70 faizinin dağıdıldığını xəbər verir. Bunların arasında xəstəxanalar və təhsil müəssisələri də var.
Ukrayna və Qərb ölkələri Rusiyanı hərbi cinayətlərdə ittiham edirlər. Moskva ittihamları qətiyyətlə təkzib edir.
Rusiya hökuməti Ukraynada dinc əhalinin hədəflənmədiyində israr edir.