Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:16 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 2726 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna ordusu Rusiya qüvvələrinin ölkənin şərqində bütün cəbhə boyu “aqressiv hərəkətlər”ə başladığını bildirir. Prezident Vladimir Zelenski isə şərqi Donbas regionunda gözlənən hücumun başlandığını söyləyib.
Ukrayna mediası aprelin 19-da Donetsk regionunda Marinka, Slavyansk və Kramatorskda cəbhə xətti boyunca şiddətli atışma getdiyini xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukraynanın şərqində “Donbas döyüşü” başlanıb, “bütöv Rusiya ordusunun böyük bir hissəsi bu hücuma yönəldilib”.
***
“Rusiyanın neçə əsgər göndərməsindən asılı olmayaraq, vuruşacağıq. Biz özümüzü müdafiə edəcəyik”, – Zelenski aprelin 18-də videomüraciətində deyib.
Ukraynanın aparıcı təhlükəsizlik rəsmisi Aleksey Danilov deyib ki, Rusiya qüvvələri “Donetsk, Luqansk və Xarkov vilayətlərində bütün cəbhə boyu” Ukraynanın müdafiəsinə yarmağa çalışırlar. Zelenskinin aparat rəhbəri Andrey Yermak isə bunu “müharibənin ikinci fazası” adlandırıb.
Luqanskın qubernatoru Sergey Qayday da hücumların başlandığını bildirib.
Rusiya Müdafiə Nazirliyi son döyüşlər haqda açıqlama yaymayıb.
Zelenski bütün şəhərlərdə, o cümlədən Azov dənizi sahilindəki Mariupolda, Xarkov vilayətində Ukraynanın müdafiəçilərinə təşəkkür edib, onların “bütöv dövlətin taleyini müdafiə etdiyini” vurğulayıb.
***
Ağ Evin aprelin 18-də yaydığı məlumata görə, Prezident Co Baydenin Kiyevə səfər etmək planı yoxdur.
Zelenski ABŞ-ın Rusiyaya qarşı savaşa dəstəyini nümayiş etdirməkdən ötrü Baydeni paytaxta səfərə çağırmışdı. Ağ evin sözçüsü Yen Psaki isə prezidentin belə planları olmadığını söyləyib.
Ağ ev bildirir ki, Baydenin əvəzinə Dövlət katibi Entoni Blinken, yaxud Müdafiə naziri Lloyd Ostin göndərilə bilər.