Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:14 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 566 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Rusiyanın Ukraynanın şərqinə nəzarəti ələ keçirmək üçün hücuma başladığını və Lvov şəhərinin qərbində raket hücumu nəticəsində azı 7 nəfərin öldüyünü bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi etdiyi video-müraciətində “İndi artıq deyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda döyüşə başladı” deyib.
Onun sözlərinə görə, “Bütün Rusiya ordusunun əhəmiyyətli bir hissəsi indi bu hücumda cəmləşib”. Donbas bölgəsinə artıq qismən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Luqansk və Donetsk, cənubda isə liman şəhəri Mariupol daxildir. Bölgəni ələ keçirmək Rusiyaya 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına gedən quru dəhlizə nəzarət etmək imkanı verəcək.
Rusiyanın son həftələr qüvvələrini Ukrayna paytaxtı Kiyev ətrafından və digər şimal bölgələrdən çəkməsini qərbin hərbi rəsmiləri həmin qüvvələri ölkənin şərqində toplayaraq, orada gücləndirməsi kimi qiymətləndirib.
Ölkənin qərbində Lvov şəhərində regional qubernator Maksim Kozistkinin bildirdiyinə görə, üç raket hərbi infrastruktur obyektlərinə, digəri isə avtomobil təkər təmiri sexinə düşüb. Polşadan təqribən 60 kilometr məsafədə yerləşən Lvov Rusiyanın təxminən iki ay əvvəl başlayan hərbi təcavüzünün dəhşətlərindən kənarda qalmışdı.
Lvov Ukraynanın qərb müttəfiqlərindən silahların verildiyi əsas nəqliyyat mərkəzidir.
Pentaqonun sözçüsü Con Kirbinin dediyinə görə, ABŞ Lvovda Qərbin hər hansı yardımının hədəf alındığına dair heç bir dəlilə malik deyil.
Yeni hücum Rusiya prezidenti Vladimir Putinin iqtisadi rəsmilərlə video söhbəti zamanı ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyaların uğursuzluqla nəticələndiyini iddia etdiyi vaxt baş verib.
Onun sözlərinə görə, Qərb “tez bir zamanda maliyyə-iqtisadi vəziyyəti pozacağını, bazarlarda çaxnaşma, bank sisteminin çökməsinə və mağazalarda qıtlığa səbəb olacağını gözləyirdi”. “İqtisadi oyun strategiyası uğursuz oldu”, Putin deyib.
Qərb rəsmiləri deyirlər ki, sanksiyalar Rusiyanı iqtisadiyyata illərlə zərər vuracaq tənəzzülə sürükləyib.
Bazar ertəsi Bayden administrasiyasının Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirib-keçirmədiyi sualının cavabında Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə Birləşmiş Ştatlar “sanksiya hədəflərini genişləndirməyə davam edəcək və sanksiyalardan yayınmaların qarşısını almaq üçün daha sərt addımlar atmağa davam edəcək” deyib.
ABŞ Prezident Co Bayden Ağ Evin "Ukraynaya davamlı dəstək və Rusiyanı məsuliyyətə cəlb etmək səylərini" müzakirə etmək üçün çərşənbə axşamı müttəfiqləri ilə video müzakirələr aparacaq.
Rusiya əvvəlcə məqsədinin Ukraynanı tərksilah etmək və oradakı millətçiləri məğlub etmək olduğunu deyib. Kiyev və onun Qərb müttəfiqləri bunların Ukraynanın 44 milyon əhalisinin dörddə bir hissəsinin evlərindən didərgin salan səbəbsiz müharibə üçün saxta bəhanələr olduğunu bildirir.