Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:38 | 20 aprel 2022 | Çərşənbə
Məqaləyə 747 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynaya müharibə elan etməsi illərdir toplanan kəşfiyyat məlumatlarına əsaslanırdı. Ancaq görünür ki, bir zamanlar dünya kəşfiyyat sistemində özünəməxsus yer tutan, DTK-nın (“KQB”) varisi statusunda olan Federal Təhlükəsizlik Xidməti (FTX) əldə etdiyi məlumatların dəyərləndirilməsini yanlış aparıb.
Kəşfiyyat oyunları daha dərin və ağıllı gedişlərlə effektiv nəticə hasil edir, Rusiya Ukraynada təyin etdiyi müddətdə uğur qazana bilmədi, bu, ondan irəli gəlirdi ki, Qərb kəşfiyyatı Moskvanın strateji qərarlarına tıxac vura biləcək güclü imitasiyanı yarada bilirdi.
Rusiyanın hücumuna və planlarına dair Britaniya və ABŞ kəşfiyyatlarının operativ məlumatlara sahiblənməsi başqa mövzunu gündəmə gətirir – görəsən, Rusiya kəşfiyyatındakı casus kimdir?
Bu sualın cavabı qismən tapılıb, daha korrekt ifadə etsək, Rusiyanın hərbi-siyasi elitasına səpilən şübhə toxumları cücərərək əməlli-başlı böyüyüb. Qərb bu yöndə də Rusiyadan bir addım öndədir.
Hələ soyuq müharibə illərində Qərblə SSRİ arasındakı casus axtarışı yarışı gedirdi, bu ənənə bu gün də aktuallığını qoruyur.
FTX-nin idarə rəisi Sergey Besedanın həbs edilərək Moskvadakı Lefortovo həbsxanasına göndərilməsi də ələ alınmalara dair versiyaları gücləndirir.
Bəs niyə Beseda? Öncəliklə qeyd edək ki, Besedanın rəisi olduğu Xarici Kəşfiyyat İdarəsi FTX-nin Beşinci Bölməsi kimi tanınır. Bu idarə postsovet ölkələrində kəşfiyyat, əks-kəşfiyyat işi aparmaq üçün şəxsən Rusiya Prezidenti Vladimir Putindən mandat alıb. Məqsəd postsovet ölkələrini Beşinci Bölmə vasitəsilə Rusiyanın orbitində saxlamağa hədəflənib.
Besedanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə qanuni şəkildə əlaqələndirici funksiyasının da olduğu haqqında məlumatlar mövcuddur, amma bu kuratorluq Ukraynadakı müharibənin gedişatında Besedanın başında çatlayan amillərdən birinə çevrilib.
Mümkündür ki, Besedanın həbsinin arxasında onun ABŞ və ya Britaniya ali kəşfiyyat orqanları ilə gizli əməkdaşlıq qurması dayanır. Yəni o, məlumat mübadiləsi prinsipi ilə deyil, məlumatları satmaq prinsipi ilə işləyib.
Yayılan informasiyaların istiqaməti də belədir və məntiqli görünür.
Rusiya dövləti “çekist” Besedanın Qərb kəşfiyyatına sirr təşkil edən məlumatlar ötürməsindən ona görə şübhələnir ki, Kremlin planları Qərbin masasındadır. “Casus ovu” həmişə Rusiya siyasətində önəmli rola malik olub, indi isə bu “ov”un qurbanı Besedadır.
Putinin Besedaya qəzəbli olması ehtimalı doğru ola bilər, bunun bir səbəbini yuxarıda qeyd etdik.
İndi deyəcəyimiz versiyalar da Putinin Besedanı “təkərin altına” atmaq səbəbləri sırasında dayanır:
1. Beseda Ukraynada Kiyev hakimiyyətinə qarşı kremlpərəst müxalifət yarada bilməyib;
2. Əldə olunan kəşfiyyat məlumatları düzgün dəyərləndirmə aparmaq üçün həlledici pay sahibi olmayıb.
Putinin Besedanın işdən çıxarmaqla kifayətlənməyib, onu dəmir barmaqlıqlar arasında sorğu-suala göndərməsi isə “çekist”in Qərb tərəfindən “verbovka” olunmasına dair təəssüratlar yaratmaq üçündür.
Bəs bu təsəvvürlər real məntiqə və həqiqi dəlillərə əsaslanır, yoxsa Rusiyanın Ukraynada düşdüyü vəziyyətə görə günahkar axtarışının davamıdır? Bunu dəqiq bilmirik...
Proqnoz səsləndirmək olar ki, ya zəlzələdən, ya da vəlvələdən, Rusiyada “çekist ovu” davam edəcək.