Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:08 | 21 aprel 2022 | Cümə axşamı
Məqaləyə 562 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Müdafiə Nazirliyi Ukraynada həlak olmuş hərbçilərin yaxınlarının və qohumlarının şəxsi məlumatlarının məxfiləşdirilməsi niyyətindədir. Bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat verilib. Hərbi əməliyyatlarda ölən hərbçilərin məlumatları Rusiyada artıq 2015-ci ildən dövlət sirri sayılır. Lakin hərbi əməliyyatlarda həlak olanların yaxınları üçün müavinət və güzəştlər barədə sənədləri yerli məmurlar hazırlayırlar.
İndi Müdafiə Nazirliyi bu şəxslərin də ad və başqa şəxsi məlumatlarının məxfiləşdirilməsini istəyir.
Bu barədə hökumət qərarının layihəsində deyilir ki, sənəddən məqsəd Rusiya silahlı qüvvələrinin Ukraynadakı “xüsusi əməliyyatda”, habelə Donbasdakı qondarma respublikalarda həlak olanların ailə üzlərinə aid məlumatlara girişin məhdudlaşdırılmasıdır.
Hazırda Ukraynada həlak olan Rusiya əsgərlərinin kimliyi barədə onların qohumları və yerli məmurlar məlumat verirlər.
Müdafiə Nazirliyi bu məlumatları rəsmi qaydada dərc etmir. Nazirliyin martın 25-də verdiyi son məlumata görə Ukraynada 1351 Rusiya hərbçisi həlak olub.
Qərb kəşfiyyatları və Ukrayna hökuməti Rusiyanın canlı itkilərinin əslində on minlərlə olduğunu bildirirlər.
Aprelin 7-də Putinin sözçüsü Dmitri Peskov “Sky News” telekanalına müsahibəsində Rusiyanın Ukraynadakı itkilərinin “əhəmiyyətli” olduğunu etiraf etmişdi.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 19-da verdiyi məlumatda Ukraynada həlak olmuş rusiyalı hərbçilərin sayının 20 mini keçdiyi bildirlirdi.
Son günlərdə isə aprelin 14-də Rusiyanın Qara dənizdə batmış “Moskva” kreyserində “itkin sayılan” hərbçilərin valideynləri övladlarının taleyi barədə məlumat almağa çalışırlar.
Putin 2015-ci ildə ordunun dinc zamanlarda itkilərini məxfiləşdirən fərman imzalayıb.
O vaxt Kreml bu fərmanın Ukraynadakı münaqişə ilə bağlı verildiyini inkar edirdi.
Vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, bu fərman insanların azad informasiya almaq və axtarış aparmaq hüquqlarını pozur.