Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:49 | 21 aprel 2022 | Cümə axşamı
Məqaləyə 612 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Putin Maiupoldan əlini üzdü, amma Şoyqu ilə yeni bir görüntü yaratdı. Yəni şəhər məndədir, sizə isə dəymirəm, blokadada saxlayacam. Bu addımın özü Rusiya siyasi-hərbi rəhbərliyinin nə qədər yarıtmaz işlədiyinin bariz nümunəsidir.
Birinci Dünya müharibəsində Leninqrada yaxınlaşan fürer, ətrafı ilə məsləhətləşdi, belə bir şəhəri alıb, işğal etmənin ona hansı itkilərə başa gələcəyini hesabladı. İşğaldan sonra şəhərlə və onun əhalisi ilə nə yapacağını düşündü. Milyondan çox əhalini idarə edilməsi, yedizdirilməsi, hətta məhv edilməsi, vaxt, resurs, hərbi qüvvə itkisi demək idi. Ona görə almanlar şəhəri sadəcə blokadaya alıb, əsas qüvvəni Moskva istiqamətinə yönəltdilər. Şəhərin blokadasına elədə böyük qüvvə saxlamadılar. Belə vəziyyətdə şəhərin tədricən məhv olması zaman məsələsi idi.
İki aya yaxın təxminən, 14 minlik rus hərbi elit qüvvəsi bura cəlb olunub, saya gəlməyəcək qədər, raket, bomba, mərmi israf edilib. Canı itki sayı minlərlədir. Buna hansı ağıllı sərkərdə gedərdi? Yalnız ambisiyası boyunu açan Putler. Guya geydirmə Donbasın ərazisini azad edir. İndi isə şərq cəbhəsində hazırlaşdığı məlum geniş miqyaslı hücuma (qeneralnoe nastuplenie) canlı qüvvə gərəkdir. Mövcud qüvvə isə bu əməliyyatı həyata keçirmək üçün azdır. Qoşunlar yorulub, yeniləri yığmaq çətin, texnikalar yarıtmaz halda, raket, mərmi, güllə miqdarı azalmaqda. Müharibənin uzanması xeyli sayda rus hərbiçisinin ordudan tərxis olunmaq haqqında müraciətlərini çoxaldıb. Heç kəs mənasız döyüşlərdə ölmək istəmir. Mariupolda mühasirədən ayrılacaq qüvvə isə kara gələ bilər.
Belə məlumatı dövrəyə buraxırlar ki, guya “Azov stal” bunlara, yəni geydirmə DNR-in gələcək iqtisadiyyatı üçün lazımdı. 2014-cü ildən, rus qüvvələri Donbasa yeridiləndən bəri vilayətin 23 iri, işləyən zavodu sökülərək Rusiyaya daşınıb. Luqansk vilayətində bütün çaplı patron istehsal edən zavodun da taleyi belə olub. Ona görə bu gün Ukrayna atıcı silahlar üçün patronu xaricdən almağa məcburdur.
Təbii ki, “Azovstal” salamat qalıbsa onun da müştərisi hazırdır. Eyni işi 1945-ci ildə alman xalqının başına gətirdilər, işğal etdikləri şəhərlərdən hər şeyi, hətta zavod, fabriklərin dəzgahlarını belə söküb Rusiyaya daşıdılar.
Putin Mariupolu ala bilmədi, növbəti yalançı şou düzəltdi, bununla öz hərbisinin zəif, zəlil gendə olduğunu pərdələməyə çalışdı. Həmçinin dünyanın gözü qarşısında əxlaqsız, cinayətkar əsgərləri tərəfindən, şəhərin mülki əhalisinin bu keçən vaxt ərzində qətl, qəsb edilməsinin, zorlanmasının bədəlinin ağır olacağını axır ki, dərk etdi, atəşi saxlamağa məcbur oldu. Azovçular isə sona qədər döyüşməkdə, düşmənə zərbələr vurmaqda israrlıdırlar, çünki qələbəyə əmindirlər.