Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
09:22 | 22 aprel 2022 | Cümə
Məqaləyə 584 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukrayna Xarici İşlər Nazirliyi Rusiya qüvvələri tərəfindən ələ keçirilən Mariupoldakı “Azovstal” zavodunda ilişib qalan yüzlərlə mülki vətəndaşın təcili təxliyə edilməsinə çağırıb.
Nazirlik aprelin 21-də “Twitter” səhifəsində “Azovstalda vəziyyət çıxılmazdır. Yüzlərlə dinc sakin, uşaq, yaralı ukraynalı müdafiəçi zavodun sığınacaqlarında qalıb. Onların ərzaq, su və zəruri dərman vasitələri, demək olar ki, yoxdur”, - deyə yazıb.
“Orada çox sayda mülki əhalinin sığınmasına baxmayaraq, “Azovstal” Rusiya tərəfindən davamlı olaraq bombalanır. Ukraynalılar Rusiya qoşunlarına inanmır, deportasiya olunmaqdan, öldürülməkdən qorxurlar. Azovstal zavodundan təcili humanitar dəhliz yaradılmalı və insanların təhlükəsizliyinə zəmanət verilməlidir”, deyə bildirilib.
Mülki əhalinin və yaralıların təhlükəsiz keçidi üçün müraciət Moskvanın dəmir-polad zavodu istisna olmaqla, liman şəhərinin tam nəzarətini əlinə aldığını iddia etməsindən sonra edilib.
Rusiya qoşunları obyektə hücum etməyi planlaşdırırdı, lakin prezident Vladimir Putin aprelin 21-də bunun çox sayda Rusiya əsgərinin itkisinə səbəb olacağını deyərək, əməliyyatı dayandırmaq əmri verib. Bunun əvəzində o, qüvvələrini Azovstalı möhkəm mühasirəyə almağı əmr edib və “hətta oradan milçək belə çıxa bilməməlidir”, deyib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə Azovstal zavodunda 2000 Ukrayna əsgərinin olduğunu bildirib.
Rusiyanın fevralın 24-də ölkəni işğal etməzdən əvvəl 400 min insanın yaşadığı Mariupolda 100 mindən çox ukraynalının ilişib qaldığı güman edilir.
Mariupol uğrunda döyüş Moskvanın hərbi mövcudluğunu artırdığı strateji əhəmiyyətli Donbas bölgəsində Rusiyanın genişmiqyaslı hücumunun bir hissəsidir.