Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:39 | 22 aprel 2022 | Cümə
Məqaləyə 692 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Peykdən çəkilmiş fotolarda Ukraynanın Mariupol şəhərinin 20 kilometrliyində Rusiya qüvvələrinin işğalında olan Manquş kəndində 300 metr uzunluğunda kütləvi məzarlıq aşkar edilib. Jurnalistlər kütləvi məzarlıq olduğu ehtimal olunan məkanın peyk fotolarını əldə ediblər.
Bundan əvvəl Mariupolun meri Vadim Boyçenko Manquş yaxınlığında “qardaşlıq məzarının” olduğunu bildirmişdi.
O demişdi ki, “mariupolluların meyitlərini yük maşınlarında məhz bura gətirirdilər”.
Peyk fotoları habelə məzarlığın təxminən martın sonlarında yarandığını göstərir.
Martın 23-də çəkilmiş fotolarda bu məzarlıq yoxdur, lakin 29 martda çəkilmiş fotolarda artıq 300 metr uzunluğunda yenicə qazılmış səngər görünür.
Fotolara, ehtimalən bu məzarlığı qazan texnika da düşüb. Aprelin 9-da peykdən çəkilmiş fotolarda yarğanın bir az da uzandığı və bir hissəsinin isə torpaqlandığı görünür.
Mariupol merinin müşaviri Pyotr Andryuşşenko jurnalistlərə deyib ki, Rusiya əsgərləri sakinlərin meyitlərini şəhərin sənaye zonasından gətirirlər. Həmin zonada böyük soyuducular var.
Jurnalistlər xatırladırlar ki, Buçada tapılmış məzarlığın uzunluğu 14 metr idi və oradan 70 meyit tapılmışdı. Manquş yaxınlığındakı məzarlığın uzunluğu isə 300 metrdən çoxdur. Merin sözlərinə görə, Manquş qardaşlıq məzarlığında 3000 insan basdırılıb.
***
Rusiya qoşunları və qondarma DXR-in əsgərləri Mariupolu martın əvvəllərindən mühasirəyə alıblar.
Burada qızğın küçə döyüşləri gedir. Şəhərin əksər hissəsi işğalçıların nəzarətinə keçib.
Mariupolda habelə 1500-3000 arası Ukrayna əsgərlərinin olduğu da təxmin edilir.
Bunlar əsasən 36-cı dəniz piyadaları briqadasının “Azov” alayının üzvləridirlər.
Ukrayna baş nazirinin müavini İrina Vereşşukun verdiyi məlumata görə şəhərdə habelə 120 minədək sakin qalıb.
Aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Mariupolun sənaye zonası – Azovstal zavodunun ərazisinə hücumu dayandırıb.
Burada mühasirədə qalan Azov alayı müqaviməti davam etdirir.
Putin izah edib ki, o hücumu dayandırmaqla Rusiya əsgər və zabitləri arasında itkilərin qarşısını almaq istəyir.
Lakin Ukrayna hərbiyyəsi Rusiya qoşunlarının sadəcə olaraq bu hücumu həyata keçirmək iqtidarında olmadığını bildirir.