Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:26 | 22 aprel 2022 | Cümə
Məqaləyə 663 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın mühasirədə olan Mariupol şəhərində Rusiya qüvvələrinə müqavimət davam edir. Bunu Prezident Vladimir Zelenski aprelin 22-də deyib. Rusiya isə bundan öncə Azov dənizi sahilindəki strateji liman şəhərini “azad etdiyini” açıqlayıb. Şəhər iki aydır intensiv atəş altındadır, minlərlə insan həlak olub, böyük dağıntılar var.
Rusiya Prezidenti Vladimir Putin aprelin 21-də Mariupolun “azad olunduğunu” iddia edib, “Azovstal” dəmir-polad zavodunu hücumu isə dayandırmaq əmri verib. O, qərarını Rusiya əsgərlərinin həyatını riskə atmağa ehtiyac olmaması ilə izah edib. “Azovstal”da bir neçə min əsgərin və minlərlə dinc sakinin olduğu bildirilir.
Zelenski isə döyüşün davam etdiyini söyləyir.
“İşğalçılar ölkəmizin cənubunda və şərqində azı müəyyən qələbələr haqda danışmaq üçün hər şey edirlər”, – o, videomüraciətində deyib.
***
“Azovstal”ın müdafiəçilərindən Svyatoslav Palamar deyib ki, zavodun yerüstü hissəsi əsasən dağıdılıb. “Bunkerlərdə yaralılar və ölülər var. Dağıdılan binaların altında bəzi dinc sakinlər qalıb”, – o deyib.
Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin zavoda hücumu davam etdirdiyini deyirlər.
Fransa Prezidenti Emmanuel Makron Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə, dinc sakinlərin Mariupoldan çıxmasına icazə verməyə çağırıb.
Britaniya ordusunun aprelin 22-də yaydığı gündəlik məlumatda isə deyilir ki, Putinin “Azovstal”ı blokadaya almaq qərarı Mariupolda müqaviməti önləmək istəyini göstərir.
“Rusiyanın zavoda tam quru hücumu ona ciddi itkilərə başa gələr, döyüş qabiliyyətini azaldardı”, – məlumatda vurğulanır.
***
Britaniya ordusu Donbasda atışmanın davam etdiyini, Rusiyanın Ukraynanın şərqində irəliləməyə çalışdığını bildirib.
ABŞ Prezidenti Co Bayden də Rusiyanın Mariupolda qələbə iddiasını sual altına alıb, Ukraynaya əlavə 1.3 milyard dollarlıq yardım elan edib.
Zelenski yardıma görə təşəkkür edərək ölkəsinə daha çox kömək gərəkdiyini bildirib. Onun sözlərinə görə, müharibə üçün silah və puldan savayı, iqtisadi itkiləri qarşılamaq üçün ölkəsinə hər ay 7 milyard dollaradək vəsait lazım olacaq.
Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondu liderlərinin toplantısında virtual çıxış edən Zelenski deyib ki, ölkədə on minlərlə bina, vacib infrastruktur dağıdılıb, onları yenidən qurmağa yüzmilyardlarla dollar gərəkəcək.
***
Rusiya ABŞ rəsmilərindən bəzilərinə səyahət qadağası açıqlayıb. Siyahıda ABŞ-ın Vitse-prezidenti Kamala Harris, “Meta” şirkətinin baş icraçı direktoru Mark Zukerberq, daha 27 tanınmış amerikalının adları var.
Rusiyanın Xarici İşlər Nazirliyi bunun “Rusiyaya qarşı genişlənməkdə olan sanksiyalar”a cavab olduğunu bildirib, siyahıya salınanların ABŞ-da “rusofobik yanaşma” formalaşdırdığını iddia edib.
Siyahıda Müdafiə nazirinin müavini Ketlin Hiks, Pentaqonun sözçüsü Con Kirbi, teleaparıcı Corc Stefanopolos, “Washington Post”un yazarı Deyvid İqnatius, “Meduza” xəbər saytının redaktoru Kevin Rotrok, Dövlət Departamentinin sözçüsü Ned Prays da var.
Prays Dövlət Departamentində brifinqdə səyahət qadağası siyahısına düşməkdən şərəf duyduğunu deyib. Rusiyaya hansısa səfər planlarını təxirə salmalı olmasına gəlincə, “Xoşbəxtlikdən, rublum yoxdur, olsaydı belə, indiyədək dəyərdən düşəcəkdi”, – deyə cavab verib.
Rusiya daha öncə “rusofobik” siyasət yaymağa görə 61 kanadalıya da oxşar qadağalar tətbiq edib.
İndiyədək ABŞ, Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinə, onun qızlarına, Xarici işlər naziri Sergey Lavrova və ailə üzvlərinə, Putinə yaxın oliqarxlara sanksiyalar açıqlayıb.