Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:20 | 24 aprel 2022 | Bazar
Məqaləyə 705 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində Xüsusi Monitorinq Missiyasının (XMM) bir neçə əməkdaşının əsir götürülməsindən danışıb. İndi təşkilat missiya üzvlərinin azad edilməsi ilə bağlı danışıqlar aparır.
“ATƏT Donetsk və Luqanskda müəyyən sayda XMM personalının həbsdə olmasından çox narahatdır. Biz onları azad etmək üçün bütün mövcud rabitə kanallarından istifadə edirik”, - ATƏT əlavə təfərrüat vermədən bildirib.
Britaniyanın ATƏT-dəki səfirinin müavini bildirib ki, Donbasdakı separatçılar missiyanın əməkdaşlarını hədələyiblər və Xüsusi Monitorinq Missiyasının avadanlıqlarını müsadirə etməyə cəhd ediblər.
Bundan əvvəl ATƏT Rusiyanın separatçıların nəzarətində olan Ukrayna ərazilərində monitorinq missiyasının işini uzatmaqdan imtina etmək qərarını tənqid edib.
Mart ayında ATƏT təhlükəsizlik məqsədilə Donbasdan 500-ə yaxın əməkdaşını təxliyə etməli olub. Martın 3-də isə XMM zabiti Marina Fenina Xarkovda atışma zamanı həlak olub.
Rusiya ordusu fevralın 24-də Ukraynaya hücum edib və müharibə 60-cı gündür ki, davam edir. Rusiya Ukraynaya qarşı hərbi təcavüzü müharibə deyil “xüsusi əməliyyat” adlandırır. “Xüsusi əməliyyat”a müharibə deyənlər isə cəzalandırılır.