Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:50 | 24 aprel 2022 | Bazar
Məqaləyə 859 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Aprelin 23-də Rusiyanın Ukraynanın Odessa şəhərini raket atəşinə tutması nəticəsində insan təlafatı və dağıntılar olub. Raket zərbəsindən bir ailədə üç aylıq körpə, ana və nənə həlak olub. Ailə başçısı, Odessa sakini Yuri Qlodan məlumatı təsdiqləyib.
Valeriya Qlodan (Yavkina), qızı Kira və adı açıqlanmayan anası dünyasını dəyişib. Valeria Qlodanın İnstaqramdakı son yazılarından birinin - hamiləlik zamanı çəkdiyi fotoşəkilin altında artıq on minlərlə başsağlığı yazısı var. Onun “İnstagram”dakı son girişi müharibə haqqında hekayə və Vladimir Putini dayandırmağa çağırışdır.
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Odessanın raket atəşinə tutlması nəticəsində 8 nəfər həlak olub.
“Qrata” nəşrinin qeyd etdiyinə görə, bunlar müharibənin 2 ayında cəbhə xəttindən uzaqda yerləşən Odessada həlak olan ilk mülki şəxslərdir.
“Üç aylıq uşaq öldürüldü. Müharibə bu uşaq bir aylıq olanda başladı. Təsəvvür edirsiniz? Bütün bunlar nə ilə bağlıdır? İylənmiş alçaqlar. Onları başqa necə adlandırmaq olar? Başqa söz yoxdur”, - Zelenski bu sözləri aprelin 23-ü axşam saatlarında Kiyev metrosunda keçirdiyi mətbuat konfransında deyib.
Odessaya atılan raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb və bir neçə mənzili dağıdıb. Dağıntıların təmizlənməsi davam edir. Rusiyanın Teleqram kanallarında bunun Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketin fraqmentləri ola biləcəyi ilə bağlı iddialar yer alıb.
Yayımlanan video isə birbaşa raket zərbəsi versiyasını təsdiq edir.
Ukrayna Hava Hücumundan Müdafiə Komandanlığının məlumatına görə, şəhər Xəzər dənizi üzərindən, yəni Odessadan yüzlərlə kilometr uzaqlıqda uçan təyyarələrdən bir neçə qanadlı raketlə vurulub.
İki raket hərbi obyektə və yaşayış binalarına düşüb. Rusiya Müdafiə Nazirliyi Odessa yaxınlığındakı hərbi aerodromun “dəqiq silah”la vurulduğunu bildirib. Mesajda raketin yaşayış binasına düşməsi və dinc sakinlərin ölümü ilə bağlı heç nə deyilmir.
Bu gün Rusiyanın Ukraynaya təcavüzünün başlamasından düz iki ay keçir. Rusiyanın Ukraynaya hərbi təcavüzü aprelin 24-də başlayıb.