Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
01:12 | 25 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 654 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Federasiyasının Silahlı Qüvvələrində müasir yer-yer tipli raketlərin qıtlığı yaranıb. “İsgəndər” operativ-taktiki raket kompleksləri üçün 9M723 və 9M728 raketləri, habelə “Kalibr” qanadlı raketləri Ukraynadakı hərbi əməliyyatlarda gün keçdikcə daha az istifadə olunur.
Bunun müqabilində hələ Sovetlər Birliyi dönəmlərində istehsal olunmuş köhnə raketlərdən, habelə həmin raketlərin müasir modifikasiyalarından istifadə faktları artır.
Hazırda Ukraynada Rusiya qoşunları “Toçka-U” operativ-taktiki raketlərindən geniş istifadəyə başlayıb. SSRİ dövründən Rusiyada bu raketlərin böyük ehtiyatları var. Lakin sözügedən raketlərin tam əksəriyyəti köhnəldiyindən onlardan istifadə ilk əvvəl raket komplekslərinin xidmət heyəti üçün yetərincə riskli və təhlükəlidir.
Bundan başqa, əsasən Tu-160 təyyarələrindən buraxılan X-101, Tu-95MS və Tu-160 təyyarələrindən buraxılan X-55SM raketlərindən istifadə də intensivləşib.
Rusiya Silahlı Qüvvələrinin arsenalında təqribən 200 ədəd X-101 və 400 ədəd X-55SM raketlərinin qaldığı vurğulanır.
Habelə rusiyalılar Ukraynadakı hədəfləri vurmaq üçün hələ sovet dövründə istehsal olunmuş P-800 gəmi əleyhinə raketlərdən istifadə edirlər.
Önəmli olan əsas məqamsa odur ki, Qərbin tətbiq etdiyi həddən artıq sərt sanksiyalar rejimi nəticəsində Rusiya Federasiyasında əksər raket silahlarının istehsalı dondurulub. Mikrosxemlərin və element bazasının yoxluğu Rusiyaya raket ehtiyatlarını artıraraq potensialı gücləndirməyə imkan vermir.
Rusiyanın Müdafiə Nazirliyi hazırda ölkənin ən müxtəlif yerlərindəki hərbi hissələrdən və anbarlardan Ukrayna ilə sərhədlərə “İsgəndər” və “Kalibr” raketləri daşıyır. Rusiya Federasiyasının loqistik potensialının məhdud olması ona raket ehtiyatlarını vaxtında yeniləməyə imkan vermir.
Ukraynada “hədəf”lərə intensiv raket zərbələrinin endirilməsi arasındakı böyük fasilələrin səbəbi budur.