Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:19 | 25 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 859 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Böyük Britaniya kəşfiyyatı Rusiya hərbiçilərinin əhval-ruhiyyəsinin çox aşağı olduğu qənaətindədir. Rusiya ilə bağlı dəqiq araşdırmaları ilə məşhur olan “Bellingcat”ın rəhbəri Xristo Qrozevin məlumatına görə, Rusiya ən yüksək döyüş qabiliyyətinə malik desantçılarının 90 faizini Ukrayna müharibəsində itirib. Xristo Qrozevinin başqa bir məlumatına görə, Ukraynaya qarşı müharibənin iki ayı ərzində Rusiya dəqiq idarə olunan raketlərinin 70 faizindən artığından istifadə edib. Rusiya bu cür yüksək dəqiqlikli raketləri təkbaşına istehsal edə bilsə də, istehsal üçün zamana və pula ehtiyacı var.
Rusiya bütün sahələrdə uğursuzluqla üzləşdiyi bir zamanda Ukrayna diplomatiya və döyüş meydanında bir sıra uğurlar əldə etməkdədir. ABŞ, Böyük Britaniya və Avropa Birliyi Rusiyanın dondurulan valyuta ehtiyatından və müsadirə olunan sərvətindən Ukraynanın maliyyələşdirilməsinin yolları araşdırır. Rəsmi Kiyev Rusiyanın valyuta ehtiyatından hər ay beş milyard dolların Ukraynaya verilməsini istəyir. Ümumilikdə isə Ukrayna Rusiyanın dondurulan valyuta ehtiyatının 400 milyard dollarını müharibə təzminatı kimi almaq niyyətindədir. ABŞ Ukraynaya hərbi yardımı gücləndirmək üçün 40 ölkənin iştirakı ilə konfrans keçirməyə hazırlaşır. Bundan başqa Vaşinqton Ukraynaya hərbi yardımı effektli həyata keçirmək üçün general-leytenant Terri Volfu əlaqələndirici təyin edib.
Ukrayna döyüş meydanında da Rusiyaya zərbələr endirməkdədir. Nikolayev vilayətində bir neçə yaşayış məskəni işğaldan azad edilib. Nikolayev vilayətinin çox yaxın günlərdə tamamilə azad olunması gözlənilir.
Finlandiya parlamentinin NATO-ya üzvlük üçün səs verməsi Putinin müharibə avantürasının ən böyük məğlubiyyətlərindən biridir. Rusiyada müstəqillik uğrunda mübarizə aparan xalqların azadlıqlarını əldə etmək üçün partizan müharibəsinə hazırlaşması haqqında məlumatlar yayılır. Rusiyanın ən yaxşı iqtisadçılarından hesab olunan, Çikaqo Universitetinin professoru Konstantin Sonin martın 8-də “Twitter”də paylaşdığı məlumata görə, müharibə başladığı gündən martın 8-dək Rusiyanı 200 min insan tərk edib. Rusiyadan mütəxəssis axını səngimək bilmir.
Göründüyü kimi Rusiya bütün resurslarını itirdiyi, diplomatiya və döyüş meydanında ağır itkilər verməkdə, məğlubiyyətə uğramaqdadır. Ukrayna isə hər ötən gün siyasi, diplomatik və hərbi gücünü artırır.
Müharibənin üçüncü ayı isə hələ indi başlayır.