
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyandan kilsəyə islahat təşəbbüsü
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Son günlər Azərbaycan və Ermənistan arasında münasibətlər müzakirə olunsa da, sabah bu münasibətlərin necə olacağı barədə çox az danışılır. Bu başa düşüləndir. İndi heç kim ürək edib ermənilərlə iqtisadi və digər münasibətlər qurulması və sonunda bunun insani münasibətlər müstəvisinə keçmə ehtimalından danışmaq istəmir. Çünki cəmiyyət buna hazır deyil. Buna görə də hamı mövzunun ətrafında fırlanır.
Sabahı saxlayaq sabaha. Bəs bu gün...
...nə baş verir?
Azərbaycanın 5 bəndlik sülh şərtlərini bütün səviyyələrdə dilə gətirən rəsmi İrəvanı hansı milçək dişlədi ki, fikirlərini redaktə etməyə başladı.
Moskva səfərindən sonra “RİA Novosti” agentliyi Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlı bir açıqlamasını dərc edib: “İstisna edirəm, sadəcə istisna edirəm ki, geniş ictimai müzakirə olmadan, o cümlədən “Artsax” cəmiyyətinin bütün sektorları da daxil olmaqla müzakirə aparmadan, hansısa sənədin imzalanmasına az-çox yaxın olaq".
Amma bundan əvvəl elə bu Paşinyan israrla bildirirdi ki, ləngimədən Azərbaycanla sülh sazişi imzalanmalıdır. Əslində bu sözü deyəndə Ermənistanda müxalifət ona öz aləminə təzyiq etməyə başlamışdı. Mitinq keçirir, aksiyalarla hədələyirdi. Amma gözlə də görünürdü ki, erməni cəmiyyəti bu aksiyalara həvəsli deyil. Paşinyan da bunu yaxşı bilirdi. Ancaq fikrindən daşındı.
Doğurdanmı müxalifətin təzyiqi onu qorxuya saldı? Bəlkə Qarabağ ermənilərinin onun çəkindiyi elektorata çevrilmək ehtimalı var?
Bu yerdə Qarabağ erməniləri haqqında qısa bir ekskurs edək.
Qarabağ erməniləri o vaxtlar...
Əvvəlcə Xocalı faciəsini yaşamış xanımın jurnalist Vüsalə Məmmədovaya müsahibəsindən bir sitata diqqət yetirin:
– UAZ-ın arxa qapısını açdılar, gördük içəridə də üç nəfər var...
– Onlar kim idi?
– Kəndçilərimiz. İki bacı və bir də Gülöyşə adlı qadın...
– Onlar nə halda idilər?
– Çox yaxşı halda idilər. Əsirin başına nələr gəldiyini görkəmindən bilmək olur. Biz bir-birimizdən yapışıb güclə ayaq üstdə dayanmışıq, üst-başımız cırıq, qan, palçıq... Baxan bilir ki, başımıza gəlməyən müsibət qalmayıb...
– Bəs onların üst-başı necə idi?
– Elə Xocalıdan, evdən çıxdıqları kimi...
– Onları incitməmişdilər? Bəs harda qalmışdılar bütün bu müddəti?
– Onları kənddə saxlayıblar. Erməni kəndlərində olan qız-qadının namusuna toxunmamışdılar. Ümumiyyətlə, kənddə saxlanılanlara qarşı heç bir pis hərəkət olmayıb. Hamısını evdə saxlayıblar. Qadın dedi məni incitməyiblər. Əyin başlarından da bilinirdi ki, yalan demir. Amma bizim əyin-başımıza baxan dərdimizə ağlayırdı...
– Axı kənd ermənisi ilə rayon ermənisinin fərqi nədə idi?
– Kəndə gedib-gələn az idi, onların beyninə çox şey doldura bilməmişdilər. Məsələn, bizi Əskərana gətirəndə sadə xalq az qaldı ətimizi didə. Amma kənddəki ermənilər bizə nifrət eləmirdi. Onların sadəcə hüzurları pozulmuşdu. Fərq onda idi ki, rayon ermənilərini kənar qüvvələr qızışdırırdı, kənddəkilər isə heç kimi görmürdü. Onlara təsir edən yox idi…
Bu Qarabağ ermənilərinin o dövrkü durumudur. O vaxtkı zamanlara nəzər salsaq maraqlı bir mənzərənin şahidi oluruq.
Məsələ ondadır ki, Dağlıq Qarabağın erməni əhalisi və ümumiyyətlə Azərbaycanda yaşayan ermənilər “Miatsum” məsələyə münasibətdə yekcins deyildilər. Bu mənada Dağlıq Qarabağda və ümumiyyətlə Azərbaycanda yaşayan erməniləri üç qrupa bölmək olardı:
– Aqressiv millətçilər
– Millətini sevənlər
– Nə baş verdiyini anlamayanlar (laqeydlər)
Sözsüz ki, münaqişənin alovlanmasında əsas missiyanı aqressiv millətçilər həyata keçirir və lokomotiv rolunu oynayırdılar.
Öz millətini sevənlər iki qrupa bölünürdü. Onlardan bir qismi aqressiv millətçilərin dediyini qəbul etməyə hazır görünürdü və DQMV-nin Ermənistan SSR-ə birləşməsini baş tutacağı təqdirdə alqışlayırdı. İkinci qismi isə bunun zərərli ola biləcəyindən ehtiyatlanır və onsuz da xoş olan güzəranı dağıtmaq istəmirdi.
Laqeyd ermənilər isə millətini sevənlərin düşündüyü kimi düşünür və onlar üçün hansı qurum daxilində yaşamağın bir o qədər də əhəmiyyəti yox idi.
Sözsüz ki, çoxluğu millətini sevənlər təşkil edirdi və onların hər iki cür düşünənlərin aqressiv millətçilərin təsiri altına düşməsi ehtimalı böyük idi. Bir qismi inamdan, bir qismi isə qorxudan. Bunun üçünsə baş verənlər ərazi münaqişəsi müstəvisindən milli münaqişə müstəvisinə keçirilməli idi. Və keçdi. Bu keçidin ən neqativ təsiri isə Qarabağ ermənilərində hiss olunmağa başladı.
Bunun nəticəsidir ki, bu gün Qarabağ erməniləri daha aqressiv və daha barışmaz görünür. Bəli, bəli məhz görünür. Çünki başqa variant yoxdur. Bu görünmənin səbəblərindən biri hansısa güc mərkəzlərinin əlində oyuncaq olan liderlərdir. İkinci səbəb də var. İkinci səbəbə onların təhlükəsizliyinə olan təhdid göstərilir. Bəs bu təhdidi onlara kim təlqin edir?
Xankəndidəki ermənilərinin təhlükəsizliyi
2016-cı il aprel döyüşlərinə qədər ermənilər öz təhlükəsizliyi üçün ən ciddi qarant rolunda Qarabağ klanını görürdü. Amma aprel döyüşləri bu mifi dağıtdı. Bundan sonra Qarabağdakı ermənilərin təhlükəsizliyi üçün ən ciddi təminatçı kimi Rusiyanın olduğu mifi gücləndi. 44 günlük müharibədən sonra bu mif öz qüvvəsini saxladı. Çünki məhz Rusiyanın vasitəçiliyi ilə Azərbaycan ordusunun dayanmasına nail olundu. Amma Fərrux istiqamətində Azərbaycan Ordusunun mövqelərinin dəqiqləşdirilməsi əməliyyatından sonra bu mif də dağıldı.
Artıq erməni cəmiyyəti birmənalı anlayır ki, Rusiya Qarabağda ermənilərin təhlükəsizliyinə təminatçı deyil. Son aylarda bir çox erməni yaşayış məntəqələrinin boşalması bunun bariz nümunəsidir.
Reallıqların dərk olunması
Ermənistan rəhbərliyinin sonuncu Brüssel görüşündə sərgilədiyi konstruktivlik yuxarıda sadaladığımız reallıqların dərk edilməsindən doğurdu.
Paşinyan və komandası anlayır ki, istər Xankəndidəki erməniləri üçün, istərsə də Ermənistan erməniləri üçün ən real şanslar Azərbaycan və Türkiyə ilə anlaşmaqdır. Bu anlaşmanın ən real zirvəsi isə təbii ki, sülh müqaviləsi ola bilər.
Hər şey yolunda getdiyi bir zamanda rəsmi İrəvanın ritorikasında sülh prosesinin ruhuna uyuşmayan fikirlər səslənməyə başladı.
Paşinyanın ikili oyunu
Son açıqlamalarından birində Paşinyan bildirdi ki, “Artsax”la məsləhətləşmədən Azərbaycanla heç bir sənəd imzalanmayacaq. Bu bəyanatdan əvvəl isə Paşinyan bildirmişdi ki, Qarabağla bağlı yekun razılaşma əldə olunub.
Bunun ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi məsələnin mahiyyətini açan bəyanat verdi. Rusiya sülhməramlılarının regionda hələ çox qalacığını bildirdi.
Xatırladım ki, Paşinyan Moskvada əldə olunan razılaşmanı Azərbaycan liderinin iştirakı olmadan əldə edib. Bu o deməkdir ki, razılaşma Putin və Paşinyan arasında olub. Deməli Paşinyan Xankəndidəki ermənilərin təhlükəsizliyini Kremlin ixtiyarına verib. Bununla da Paşinyan özü üçün iki məsələni həll edib.
1. Putini sakitləşdirib.
2. Qarabağdakı ermənilərin təhlükəsizliyinə Rusiyadan təminat almaqla müxalifətin arqumentinə ciddi zərbə vurub.
Beləliklə Paşinyan əsas məsələni həll etmiş kimi görünür: Putin Paşinyana təzyiqi azaldacaq, müxalifət isə sakitləşəcək.
Amma görünən odur ki, qaldırdığı məsələyə erməni cəmiyyəti həssas yanaşmasa belə müxalifət sakitləşmək istəmir. Əslində müxalifətin davranışı Kremlin təzyiqi deməkdir. Və bu təzyiqlər daim davam edəcək. Yaranmış situasiya Paşinyana sadəcə vaxt qazandırır.
Bu durumda Azərbaycan üçün ən arzuolunmaz, Paşinyan üçün isə daha geniş manevr imkanları açan məqam ondan ibarətdir ki, Qarabağdakı ermənilərlə bağlı dünən olduğu kimi bu gün də Qərb və Rusiyanın mövqeləri üst-üstə düşür. Paşinyan da bundan istifadə edərək Qarabağdakı ermənilərin taleyini hələlik bölgədə real güc olan Rusiyanı sərəncamına verib.