Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:10 | 24 aprel 2022 | Bazar
Məqaləyə 564 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna - aprelin 24-də, pravoslav xristianların qeyd etdiyi Pasxa bayramında - Rusiyaya Mariupoldan və Ukrayna hərbçilərinin müdafiəni davam etdirdiyi Azovstal zavodunun ərazisindən insanların evakuasiyası üçün yenidən Pasxa atəşkəsi təklif edib.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bu gün sosial şəbəkələrdə belə yazıb:
“Mən Rusiya Federasiyasına qalmış reputasiyası qalıqları barədə düşünməyi təklif edirəm. Bunun üçün cəmi üç “Mariupol addımı” lazımdır.
1. Mariupolda əsl Pasxa atəşkəsi elan edin.
2. Dərhal mülki şəxslər üçün humanitar dəhlizi verin.
3. Danışıqların xüsusi raundu ilə razılaşın ki, biz hərbçiləri götürək/mübadilə edək”.
Ukrayna tərəfi bundan əvvəl də Mariupoldakı vəziyyətlə bağlı xüsusi danışıqlar üçün təkliflər irəli sürüb, lakin Rusiya bu təkliflərə cavab verməyib. Bir gün əvvəl Mariupoldan humanitar dəhliz təşkil etmək cəhdi isə uğursuz olub. Bunu hər iki tərəf bunu etiraf edib.
Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqudan Mariupolun qalan hissəsinə nəzarətin yaradılması ilə bağlı hesabat aldıqdan sonra Azovstala hücum etməməyi əmr edib.
Həmin gün Rusiya BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada Pasxa atəşkəsi ilə bağlı təklifini (aprelin 19-u) qəbul etməyib və bildirilib ki, bu möhlət Ukrayna qoşunlarının yenidən qruplaşmasına imkan verəcək. Son məlumatlara görə, Rusiya qoşunları Azovstal ərazisinə zərbələr endirməkdə davam edirlər.
Aprelin 24-də səhər saatlarında Azovstaldakı Ukraynanın Azov Hərbi Alayının komandir müavini Svyatoslav Palamar, Mariupoldan insanları azad olunması bağlı bir daha videomüraciət edib:
“Bu gün Pasxa bayramıdır və buna baxmayaraq düşmən hava bombaları atmağa davam edir, dəniz artilleriyası atəş edir, silahlar atəşə tutur, düşmən tankları vurmaqda davam edir, piyada qoşunlar ə5razini tutmağa çalışır. ... Bu zaman, siz Pasxa şəkillərini göndərəndə, Mariupolda düşmən günahsız uşaqların başına bombalar yağdırır”.
Mariupoldan olan yüzlərlə mülki şəxsin zavod ərazisində gizləndiyi bildirilir.
Rusiya hərbçiləri mülki əhalinin Azovstaldan çıxmaq üçün humanitar dəhliz verməyə hazır olduqlarını bəyan ediblər, lakin eyni zamanda zavod ərazisində olan Ukrayna hərbçilərinin təslim olmasını tələb edirlər.
Aprelin 24-də Beynəlxalq Qırmızı Xaç Komitəsi Mariupoldakı mövcud vəziyyətlə bağlı dərin narahatlığını bildirərək mülki əhalinin və yaralıların təxliyə olunması üçün təcili humanitar dəhliz açmağa çağırıb.
Mariupolda döyüşlər 2 aya yaxındır ki, davam edir və bu müddət ərzində şəhərin böyük hissəsi - Donetsk vilayətinin cənubundakı mühüm liman dağıdılıb. Minlərlə dinc sakinin öldüyü təxmin edilir (dəqiq sayı müəyyən etmək mümkün deyil). Şəhərin böyük hissəsi hazırda Rusiya hərbçiləri və “DNR” separatçılarının nəzarəti altındadır.