Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
17:21 | 25 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 876 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Artıq bir həftədir ki, general Aleksandr Dvornikov əsasən şərq, həmçinin, Xarkov, İzyum, Zaporjye istiqamətində tabeliyindəki ordunun hücumunu təşkil edir. Tərəflər gözlənildiyi kimi simmetrik, yəni bilavasitə üz, üzə döyüşlər aparmır, çünki Ukrayna tərəfi belə döyüşlər üçün imkan yaratmır. Yəni əvvəlki tək, manevrli müdafiə taktikası, imkan düşdükcə düşmənin zəif tərəfinə zərbə endirib müəyyən məntəqələri azad etmək.
Rus qoşunu Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri (ОРДЛО – Отдельные районы Донецкой и Луганской областей) istiqamətində müəyyən qədər irəliləyə, bu iki vilayətin təxminən 80 faizini nəzarətə ala bilib. Rusiya tərəfi əsasən artilleriya, raket və hava hücumuna üstünlük verdiyindən, Ukrayna Silahlı Qüvvələri (USQ) qüvvələri atəşin altında qalmamaq üçün bəzən taktiki geriləyir, daha uyğun mövqelərdə möhkəmlənir. Bu döyüşləri mövqe, kəşfiyyat döyüşləri də adlandırmaq olar. Rusiya cənub dairəsi qoşunları artilleriya rəisi general İqor Baruşevin öz işinin peşəkarı olduğu bildirilirdi. Bunun nəticələri görünməkdədir. Son günlər məhz artilleriya atəşinin törətdiyi dağıntılar, itkilər daha çoxdur, davamlıdır.
Ukrayna tərəfinin belə taktikası, sakit davranması, ixtiyarında lazımı hücum, əsasən də artilleriya silahının olmamasından doğur. İndi isə USQ-nin sərəncamına bu silahların, əsasən ABŞ-ın verdiyi, 150 mm-lik AS-90 haubitsa çox kara gələcək. Onların sayı 90 ədəd, veriləcək mərmilərin sayının 144 min ədəd olduğu bildirilir. 72 ədəd haubitsa, özlüyündə 4 divizion, (artilleriya taboru) bir artilleriya polku deməkdir. Mərmilərin sayı, bu silahın tam istifadəsi üçün, yəni lüləsinin iki dəfə dəyişdirilməsinə qədər kifayət edir. Həmçinin digər Avropa dövlətləri məhz bu silahdan verməklə birlikdə iki polkun təchizatını təmin edəcəklər. Müqayisə üçün bildirək ki, bu topun hədəfi 60 km.-ə qədərdir. Rusların analoji silahı isə maksimum 36 km. məsafəyə qədər atır.
Həmçinin “Leopard” tanklarının verilməsi məsələsi həllini tapıb. Müqayisə üçün deyə bilərik ki, ən köhnə tip Leopard, rusun ən müasir T-90C tankından daha səmərəlidir. 20 ədəd müxtəlif tipli hərbi təyyarələr artıq verilib. Alman kansleri Şolts nala-mıxa vursa da, düşünürəm Makronun seçilməsi, Fransanın hərbi yardımını davam etdirməyə imkan verəcək. Lend-lizin (Ukraynaya mütəmadi hərbi yardımın) işə düşməsi Ukraynanın sursat, əsasən mərmi ehtiyatını çoxaldır. İndi isə rus tərəfi bu sarıdan korluq çəkəcək. Son bir həftədir döyüşlə irəliləməyə çalışan, elə ciddi uğur qazana bilməyən rus ordusu, bu tempi daha bir həftə, maksimum on gün saxlaya bilər. Qoşun yorulur. Ehtiyat qüvvə isə çox məhduddur, hücum edən avanqard qoşun hissələrini dəyişməyə yetməz. Hətta Kiyev ətrafından çıxarılan rus qoşunu müharibənin ilk dövrlərində aldığı zərbədən hələdə özünə gəlməyib. Ukraynanın isə canlı ehtiyat qüvvələri təlimlərdə, səbirsizliklə döyüşlərə can atmaqdadır. Düşünürəm artıq hücum silahları arsenalına tam daxil etdikdən sonra USQ-nun geniş hücum kompaniyasının şahidi olacağıq.