“Putin sarayı” yaxınlığına hücum
PUA zərbələri güclü yanğına səbəb oldu
09:25 | 25 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 1201 dəfə baxılıb
Şriftin ölçüsü
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
“Blokadanızı donanmamızla yararıq”
Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hazırda Rusiya qüvvələri tərəfindən mühasirədə olan Mariupol şəhərindən mülki əhalinin təcili təxliyə edilməsinin vacibliyi məsələsini müzakirə etdiyini bildirib.
Zelenskinin bildirdiyinə görə, Türkiyə prezidenti ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar ərəfəsində o, Ərdoğanla Mariupoldan, o cümlədən Ukrayna hərbçiləri tərəfindən qorunan Azovstal zavodunda olanların evakuasiyası barədə danışıb.
Ukrayna prezidentinin “Twitter” səhifəsində yazdığına görə, Ərdoğanla söhbətində o, Azovstal da daxil olmaqla, Mariupoldan mülki əhalinin dərhal təxliyə edilməsi, eləcə də blokadaya alınmış qoşunların dərhal mübadiləsinin zəruriliyini vurğulayıb.
NATO üzvü olan Türkiyə həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir.
Türkiyə prezidentinin ofisindən verilən məlumata görə, telefon söhbəti zamanı Ərdoğan həmçinin vəziyyətin hər gün daha faciəvi xarakter alması ilə Mariupoldan yaralıların və dinc sakinlərin evakuasiyasının təmin edilməsinin vacibliyini vurğulayıb.
“Prezident Ərdoğan danışıqlar zamanı mümkün olan hər cür yardımı göstərməyə və vasitəçilik səyləri də daxil olmaqla lazımi dəstəyi təklif etməyə hazır olduğunu bildirib”, Ankaranın bəyanatında deyilir.
Zelenski şənbə günü Ukraynanın ABŞ-ın ölkənin təhlükəsizliyinin qarantlarından biri olmasını istədiyini bildirib.
Ukrayna və Türkiyə prezidentləri arasında telefon söhbəti Zelenskinin Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşünün gözlənildiyi vaxta təsadüf edir.
ABŞ rəsmiləri tərəfindən yüksək səviyyəli rəsmilərin səfəri ilə bağlı təsdiq verilməyib.