
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Son günlər, Rusiyanın Ukrayna sərhədinə yaxın Belqorod, Kursk, bu gecə isə, Bryansk şəhərləri və onların ətrafındakı strateji obyektlərdə güclü yanğın və partlayışlar baş verir. Bryanskda ötən gecə 20 min ton tutumlu 2 neft baza və şəhərə yaxın yerləşən hərbi-sursat bazası partlayıb. Və neft baza Avropaya doğru gedən “Dostluq” neft kəmərinin əsas nəhəng neft ötürücü hissəsidir. 24 saatdır bütün ətraf Rusiya vilayət və şəhərlərindəki yanğınsöndürənlər yığışıblar, hələ də söndürmək olmur. Bu hadisələr çoxalır.
Rusiyanın hökuməti bu yanğın və partlayışların səbəbini açıqlamır. Yerli şəhər merləri isə əsas səbəb kimi, Ukraynanın vurduğu raket zərbələri kimi görürlər. Doğurdan da, bu qədər və eyni bir arealda, Ukrayna sərhədi yaxınlığında şəhərləri bu partlayışlar əhatə etməsi təsadüf görünmür.
Görünür ki, Ukrayna da artıq, texnika, raketlərlə silahlanıb, Rusiya tərəfinin 2 ayda onların şəhər və kəndlərini atəşə tutub tələfatlar törətməsinə dözməyib, eyni adekvat əks-cavablara başlayıb. Artıq, Ukraynada bütün növ hərbi arsenal, silah var, Rusiyada olan təyyarələr, raketlərdən və s.
Heç bir sülh danışıqlarının nəticəni verməməsi səbəbindən, çox təəssüf ki, münaqişə artıq, daha geniş, qarşılıqlı müharibə fazasına keçir. Gərək Rusiya özünü böyük, güc mərkəzi dövləti kimi aparıb, məsələni bu həddə çatdırmayaydı. Əslində bu, münaqişə başlanğıcından mənasız və lazımsız, təkəbbür, anlaşılmazlıq nəticəsidir.
Nə, o qədər ucsuz-bucaqsız sahəsi olan Rusiya üçün Ukraynanın torpağı, mülkü ehtiyac deyildi. Nə də, Ukrayna müstəqil quruluş yolu tutsa da, qonşusu Rusiyaya qarşı zərərli mövqe tutmaz, əksinə xeyirxah, həm sərfəli əməkdaşlıq edərdi. Ermənistanda dəyişiklik oldu və Paşinyan gəldi, Rusiyaya qarşı pis nə dəyişdi? Münasibət qalır.