
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Moldovanın separatçı Dnestryanı regionunda iki radio antenası partlayış nəticəsində sıradan çıxarılıb. Məlumatı Moskvanın dəstəklədiyi rejimin “daxili işlər nazirliyi” aprelin 26-da açıqlayıb. Aprelin 26-da səhər tezdən Qriqoriopol rayonundakı Mayak kəndində iki partlayış baş verdiyi, partlayışlardan sonra iki radio antenasının sıradan çıxdığı bildirilir.
Məlumatda xəsarət alan olmadığı vurğulanır.
***
Aprelin 25-də isə regionun ən böyük şəhəri olan Tiraspolda “Dövlət Təhlükəsizlik Nazirliyi”ndə partlayış baş verdiyi, binanın üst mərtəbələrinə ziyan dəydiyi haqda məlumat yayılıb.
Moldovanın Reinteqrasiya Siyasəti İdarəsi bildirib ki, aprelin 25-də baş vermiş insident “konstitusion hakimiyyət tərəfindən idarə olunmayan Dnestryanı bölgəsində təhlükəsizlik vəziyyətinin gərginləşməsi bəhanəsi yaratmaqla” bağlıdır.
Ukrayna isə bu hücumu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) təşkil etdiyi provokasiya adlandırıb, yeni hücumları istisna etməyib.
Moldovanın əsas hissəsi ilə Ukrayna arasında yerləşən Dnestryanı 1990-cı ildə müstəqillik elan edib.
***
1992-ci ildə Moldova ilə Dnestryanı qısamüddətli müharibə aparıb. Rusiya qüvvələri separatçılar tərəfdən müdaxilə edərək müharibəni dayandırıb. Münaqişədə minədək adam öldürülüb.
Hazırda Rusiyanın Dnestryanıda 1400-dək əsgəri var, regionda yerləşən nəhəng sovet dövrü silah deposuna nəzarət edir.
Separatçı regionun 200 mindən çox sakininin Rusiya vətəndaşlığı var.
Dnestryanıda partlayışlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda baş verir. Rusiya hərbçiləri Dnestrayı sərhədinə çıxmağı Ukraynada hərbi əməliyyatın hədəflərindən hesab edir. Onların iddiasına görə, bu regionda da “rusdilli əhalisinin sıxışdırılması faktları qeydə alınır”.
Moldova söhbətin bu ərazinin ilhaqı niyyətindən ehtiyatlanır.