Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:13 | 26 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 506 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Birləşmiş Ştatlar və onun müttəfiqləri aprelin 26-da Almaniyadakı hərbi hava bazasında keçirdikləri iclasda Ukraynaya daha ağır silahların paketi barədə razılığa gəliblər. Müttəfiqlər habelə bu iclasda Rusiyanın Ukraynanın silahlandırılmasının nüvə müharibəsinə səbəb ola biləcəyinə dair hədəsini rədd ediblər.
“Reuters” agentliyi yazır ki, ABŞ rəsmiləri bu həftə Ukraynaya dair ritorikalarını bir qədər də gücləndiriblər.
Onlar artıq Ukraynanın təcavüzdən müdafiəsi barədə yox, Rusiya qüvvələri üzərində gələcək qələbəsi barədə danışırlar.
ABŞ rəsmiləri qeyd edirlər ki, Ukraynada başlatdığı səbəbsiz və əsassız müharibə Rusiyanın öz qonşularını təhdid etmək imkanlarını zəiflədəcək.
***
Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Qərbin və Kiyevin apardığı siyasət Ukraynanın parçalanması ilə nəticələnə bilər.
O, Vaşinqtonu ukraynalılar arasında Rusiya ilə bağlı nə varsa hamısına nifrət yaratmaqda ittiham edib.
NATO müttəfiqləri artıq bundan əvvəl Ukraynaya ağır artilleriya və dronlar da daxil yüz milyonlarla dollarlıq hərbi yüklərin veriləcəyini təsdiqləyiblər.
Qərb müharibənin ilk fazasında Ukraynaya belə silahların verilməsindən çəkinmişdi.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyadakı Ramşteyn hərbi hava bazasında etdiyi çıxışda deyib: “Dünya boyunca ölkələr bizim Ukraynanı Rusiyanın imperialist təcavüzünə qarşı dəstəkləmək qətiyyətimizin ətrafında sıx birləşiblər. Ukrayna qəti şəkildə inanır ki, qalib gələ bilər və burada indi hamı buna inanır”.
ABŞ Hərbi Hava Qüvvələrinin baş qərargahı məhz bu bazada yerləşir. Ramşteyndə keçirilən iclasda 40-dək ölkənin nümayəndələri iştirak edirdilər.
***
“Reuters” xəbər verir ki, Almaniya hökuməti də xarici və daxili təzyiqlər altında bundan əvvəlki mövqeyini dəyişib və indi Ukraynaya təyyarə əleyhinə topları olan Gepard yüngül tankları vermək niyyətindədir.
Kiel (Kil) Universiteti Təhlükəsizlik Siyasəti İnstitutundan Marsel Dirsus deyib ki, burada əsas məsələ Gepard tanklarının döyüşdə iştirakı yox, Almaniyanın bu tankları göndərməyə hazır olmasının verdiyi mesajdır.
Reuters adları açqılanmayan ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya Ukrayna qüvvələrinin mövqelərini bir neçə istiqamətdən ağır toplardan atəşə tutmaqla və quru qüvvələri ilə irəliləməklə Ukrayna qoşunlarını mühasirəyə salmaq və məhv etmək istəyəcək.
Lakin Vaşinqtonun təxminlərinə görə Rusiyanın bir çox hərbi birləşmələri artıq sıradan çıxarılıb və bəzi məlumatlara görə Rusiya Ukraynadakı hərbi heyətinin 30 faizini itirib.
ABŞ hərbçiləri belə itki ilə uzun müddət vuruşmaq ehtimalının az olduğunu düşünürlər.
ABŞ hərbiyyəsi bildirir ki, Rusiya tanklarında bəzən onun sürücüsündən başqa heç kim olmur. Başqa təxminlərə görə Rusiya qüvvələrinin istifadə etdiyi silahlar köhnə və istifadə üçün yararsızdır.
***
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın NATO ilə proksi müharibəsində olduğunu iddia edib: “Təhlükə ciddi və realdır. Bunu lazımınca qiymətləndirməmək olmaz. NATO mahiyyətcə proksi vasitəsilə müharibədədir və NATO həmin proksini silahlandırır”.
Lavrov bundan əvvəl Ukraynadakı münaqişənin nüvə müharibəsinə çevrilə biləcəyini iddia etmişdi.
Pentaqonun sözçüsü Con Kirbi Lavrovun bu bəyanatını “eskalasiya ritorikası” kimi rədd edib.
O deyib ki, nüvə müharibəsində qaliblər olmayacaq və Ukrayna müharibəsinin nüvə münaqişəsinə çevrilməsi üçün heç bir səbəb yoxdur.
Aprelin 26-də ABŞ Birləşmiş Qərargahları Komitəsinin rəhbəri Mark Mili Ramşteyn görüşünə gedərkən yolüstü söhbətində jurnalistlərə demişdi ki, Ukrayna müharibəsində qarşıdan gələn bir neçə həftə kritik olacaq.
General bildirmişdi ki, Ukraynanın döyüş meydanında uğur qazanması üçün Kiyevə davamlı hərbi dəstək gərəkdir.