Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:51 | 27 aprel 2022 | Çərşənbə
Məqaləyə 578 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Petlureviçin dünən axşam, Qordona verdiyi müsahibəsində olduqca maraqlı faktlar açılır. Rusiyanın Ukraynaya təcavüzü, Kiyev hakimiyyətini bir neçə sutkaya diz çökdürüb, prezident kürsüsünə eks-prezident Yanukoviçi oturmaq planı, həm təbəssüm, həmdə sual doğururdu, axı bu necə etmək olar? Prezident seçkili vəzifədir, şah səltənəti deyil.
Kremlin planı əsasınsa hələ ötən ilin dekabr ayında V. Yanukoviçin vəkilləri, Kiyev dairə məhkəməsinə müraciət edərək, müştərilərinin 2014-cü ildə prezident postundan qeyri qanuni yolla uzaqlaşdırılması barədə isk qaldırıblar. Ukrayna qanunverciliyinə görə isə fəhlədən, prezidentə qədər, hər bir vətəndaş, işindən azad edilməsi barədə şikayəti məhkəməyə yalnız 6 ay ərzində verə bilər. Buna baxmayaraq Kiyev məhkəməsi Yanukoviçin şikayətini nəinki icraata götürmüş, hətta işin baxılması üçün gün təyin etmişdir. Təbii ki, bu gün 24 fevraldan sonraya təsadüf edir. Həmçinin bu ilin yanvar ayında vəkillər Ali Radaya bu kənalaşdırmanın Konstitusiyaya zidd olması ilə bağlı rəsmi müraciət ünvanlamışlar. Deməli əgər 24 fevralda başlanan əməliyyat Moskva üçün uğurla nəticələnsə idi, artıq ələ alınıbmış məhkəmə hakimləri, Yanukoviçin xeyrinə qərar çıxaracaq, bu qərarı ali Radada təsdiqlənməsi, eks-prezidentin yenidən legitimlik qazanması baş verəcək, o yeni kabinet formalaşdıracaqdı.
Bu olay 1979-ci sovet ordusunun Əfqanıstana daxil olmasını xatırladır. Çexiyada səfir qismində çalışan Babrək Kariməl xəlvəti olaraq əsgər geyimində Kabil hərbi aeroportuna gətirilir, Vitebsk desant diviziyasının məlum “Ştorm-333” əməliyyatı nəticəsində Əfqanıstan prezidenti Hafizulla Əmin və ətrafı, ailəsi öz iqamətgahında məhv edilir, B.Kariməl isə ölkənin yeni prezidenti elan olunur. O vaxtdan 42 il keçməsinə, çox şeyin dəyişməsinə baxmayaraq, eyni plan, eyni dəst-xətt. Dəyişməyən Rusiyanın siyasəti, rəhbərinin, orqanlarının səriştəsiz, ağılsız hərəkətidir.
Yeri gəlmişkən onu da qeyd edim ki, üç dəfə məhkəməyə çıxarılan, iki dəfə həbsdə yatan (bir dəfə adam öldürmə, bir dəfə isə zorlama) V.Yanjkoviç prezident seçilərkən bizim xalq yazıçımız Çingiz Abdullayev onun haqqında sifarişlə, reklam məqsədli kitab yazmışdı. Səbəbini sorduqda, bu insanın çox maraqlı həyatı var demişdi.