Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
15:36 | 26 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 819 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Moldova Prezidenti Maya Sandu aprelin 26-da Moskvanın təsiri altında olan separatçı Dnestryanı bölgədə baş verən partlayışla əlaqədar açıqlama verib. O, partlayışa görə bölgədəki “müharibə tərəfdarı qrupları” günahlandıraraq, baş verən hadisəni gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib.
Sandu Moldovanın Ali Təhlükəsizlik Şurasının iclasından sonra mediaya açıqlama verib. Ondan əvvəl isə Dnestryanı bölgəsinin rəsmiləri aprelin 26-da partlayışlar nəticəsində iki radioötürücünün zədələndiyi və hərbi hissənin hədəf alındığı barədə iddialar qaldırıb. Dnestryanı münaqişədən əziyyət çəkən Ukrayna ilə həmsərhəddir.
Bundan əvvəl regionun Daxili İşlər Nazirliyi iki radioötürücünün partlayışlar nəticəsində zədələndiyini bildirmişdi.
“Aprelin 26-da səhər tezdən Qriqoriopol rayonunun Mayak kəndində iki partlayış baş verib: birincisi saat 6:40-da, ikincisi isə saat 7:05-də” – deyə, nazirlik bildirib. Partlayışlardan sonra iki radio antenasının sıradan çıxdığı xəbər verilib. Hadisə nəticəsində itki olmadığı bildirilir.
Verilən məlumatı müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb və partlayışla əlaqədar heç kim məsuliyyəti üzərinə götürməyib.
Bundan əvvəl aprelin 25-də də Dnestryanı Dövlət Təhlükəsizlik Nazirliyinin regionun ən böyük şəhəri olan Tiraspoldakı binasının yuxarı mərtəbələrinə ziyan vuran partlayışlar baş vermişdi.
Ukrayna Müdafiə Nazirliyi isə iddia edilən hücumun Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) təşkil etdiyi təxribat olduğunu bildirib.
Nazirliyin Kəşfiyyat İdarəsinin verdiyi açıqlamada hadisənin “FSB-nin panika və anti-Ukrayna əhval-ruhiyyəsi aşılamaq üçün təşkil edilən bir sıra təxribatçı tədbirlərdən biri olduğunu” bildirib.
Moldova ilə Ukrayna arasında yerləşən Dnestryanı 1990-cı ildə müstəqilliyini elan edib.
1992-ci ildə Moldova və Dnestryanı arasında qısamüddətli müharibə baş verib və qarşıdurma separatçılara dəstək verən Rusiya qüvvələri tərəfindən dayandırılıb. Qarşıdurma zamanı 1000-ə yaxın insan həlak olub.
Rusiya Dnestryanıda təxminən 1400 əsgər saxlayır və bölgədə yerləşən Sovet dövründən qalma nəhəng silah anbarlarına nəzarət edir.
Aprelin 22-də Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev bildirib ki, Rusiya qüvvələri Ukraynanın cənubuna tam nəzarəti ələ keçirməyi hədəfləyib ki, bununla da Dnestryanıya quru dəhlizi açılacaq.