Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
16:47 | 27 aprel 2022 | Çərşənbə
Məqaləyə 769 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
İlkin məlumatlara görə, Rusiyanın Belqorod vilayətinin Staraya Nelidovka kəndi ərazisində (Ukrayna ilə sərhəddən 45 kilometr aralıda yerləşir) silah-sursat anbarı yanıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında bildirib. O, bu barədə məlumatı Qolovinski yaşayış məntəqəsinin başçısı Denis Zolotuxindən aldığını yazıb.
Qladkov “Telegram” kanalında gecə saat 3:30-da partlayışa bənzər səsə oyandığını və bu barədə yazı yazmağa başlayanda daha üç partlayış səsi eşitdiyini bildirib. Onun sözlərinə görə, mülki əhali arasında xəsarət alanlar yoxdur və yaşayış binalarında dağıntılar olmayıb. Yanğın söndürülüb.
Kursk vilayətinin qubernatoru Roman Starovoyt aprelin 27-nə keçən gecə bölgədə hava hücumundan müdafiə sisteminin işə düşdüyünü bildirib. Onun sözlərinə görə, tələfat və dağıntı yoxdur. O, daha sonra ətraflı məlumat verəcəyini vəd edib.
TASS xəbər agentliyinin yerli xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən bildirdiyinə görə, Voronej şəhəri yaxınlığındakı Şilovo mikrorayonunun yaxınlığında iki partlayış baş verib. Sosial şəbəkələrə səmada partlayan obyektləri əks etdirən videolar yerləşdirilib. Yerli media qruplarının üzvləri deyib ki, ya hava hücumundan müdafiə sistemi, ya da ola bilsin təyyarələr səmaya qalxıb.
Şilovo mikrorayonu Voronejdən çox da uzaq olmayan Baltimor hərbi aerodromunun yaxınlığında yerləşir. Oradan Ukrayna ilə sərhədə qədər təxminən 300 kilometrlik məsafə var. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev daha əvvəl bildirib ki, çərşənbə günü səhər Voronej yaxınlığında hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatı vurub.
İki gün əvvəl “İnterfaks” və TASS xəbər agentliklərinin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən xəbər verdiyinə görə, Rusiyanın Bryansk şəhərinin Fokinski rayonunda "Transneft-Drujba" neft bazasında güclü yanğın baş verib.
“İnterfaks” agentliyinin mənbəsi Bryanskdakı "Transneft-Drujba" neft bazasından savayı başqa neft obyektində də yanğının olduğunu bildirib.
Bryanskın Fokinski rayonundakı neft bazasında gecə saat iki radələrində baş verən yanğının səbəbi hələlik məlum deyil. Artıq yanğının səviyyəsi ən yüksək kimi təyin edilib. Şəhər sakinləri partlayış səsləri eşitdiklərini bildirib.