Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:17 | 28 aprel 2022 | Cümə axşamı
Məqaləyə 911 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Ukraynanın Donbas regionunda hücumlarının sürət və intensivliyini artırıb. Bu barədə məlumatı aprelin 27-də Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik verib. Onun sözlərinə görə Rusiya qoşunları bütün istiqamətlərdə atəşi şiddətləndiriblər.
Ən fəal döyüşlər Xarkov və Donbas vilayətlərində gedir.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə Rusiya qoşunlarının əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin ərazisini tam nəzarətə götürmək olaraq qalır.
Putin məhz bu ərazidə iki qondarma separatçı qurumun – Donets və Luqansk “xalq respublikalarının” müstəqilliyini tanıyıb.
***
Rusiya qoşunları habelə mühasirədə olan Mariupol limanı istiqamətində Krımla birbaşa quru yolu açmağa çalışır. Rusiya burada Azov dənizinin sahil zolağını ələ keçirsə də, quru dəhlizi açmağa nail olmayıb. Bu ərazinin bir hissəsi hələ də Ukrayna silahlı qüvvələrinin nəzarətindədir.
Cəbhə xəttindən alınan məlumatlara görə Rusiya qüvvələri Donbasdakı – Slavyansk, Kramatorsk və Severedonetsk şəhərlərində Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır.
Rusiya qüvvələri habelə şimaldan - Xarkov vilayətindən və cənubdan – Zaporojyadan hücumlar edir. Buna baxmayaraq Rusiya qüvvələrinin irəliləyişi böyük olmayıb. Onlar bir ay ərzində yalnız 20-30 kilometr irəliləyə biliblər.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə Rusiya qoşunlarının Nikolayev və Krivoy Roq istiqamətində döyüş əməliyyatlarını fəallaşdıracağı gözlənilir.
***
Qərb mənbələrinin verdiyi məlumata görə Rusiya ordusu Donbas istiqamətində az da olsa irəliləyir. Rusiya qoşunları bir neçə əraziləri ələ keçirə bilsələr də, Ukrayna qoşunlarının qızğın müqaviməti ilə üzləşir.
Qərb rəsmiləri bunu da bildirirlər ki, Donbasda Rusiyanın hücum əməliyyatlarına leysan yağışları mane olur. Bu da qeyd olunur ki, Rusiya qüvvələri yoldan uzaqda döyüşməməyə çalışırlar.
Bəzi xəbərlərə görə Ukrayna qüvvələri sürətli əks-hücum əməliyyatları keçirir və bu, çox vaxt düşmən buna hazırlaşmağa macal tapmamış baş verir.
Bununla belə Rusiya bu istiqamətlərdə qoşun kəmiyyətinə görə üstünlüyə malikdir və bu amil qarşıdakı döyüşlərdə həlledici ola bilər. Ekspertlər də bildirirlər ki, qarşıdan gələn bir neçə həftə hərbi üstünlük baxımından həlledici olacaq.