Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:01 | 28 aprel 2022 | Cümə axşamı
Məqaləyə 856 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna rəhbərliyi ilə danışıqlar aparmaq üçün Kiyevə gedib. Bu arada ölkənin müdafiə naziri bildirib ki, Rusiya şərqdə irimiqyaslı hücumu davam etdirdiyi müddətdə Ukraynanın müdafiəçilərini qarşıda “həddən artıq çətin həftələr” gözləyir.
Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra aprelin 27-də axşam Kiyevə gedib.
“Humanitar dəstəyimizi genişləndirmək və münaqişə zonalarından dinc sakinlərin evakuasiyasını təmin etmək yönündə işimizi davam etdirəcəyik”, – Quterreş “Twitter”də yazıb.
“Bu müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün o qədər yaxşı olar”, – BMT baş katibi Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlardan öncə deyib.
***
Britaniyanın Müdafiə Nazirliyi aprelin 28-də səhər xəbərdarlıq edib ki, Rusiyanın Qara dəniz donanması Ukraynada, sahildə hədəfləri vurmaq qabiliyyətini saxlayır.
Saratov desant gəmisini və Moskva kreyserini itirməsinə baxmayaraq, Rusiyanın Qara dəniz əməliyyat zonasında 20-dək donanma gəmisi, o cümlədən sualtı qayıqları var, nazirlik bildirir.
Qurum onu da qeyd edir ki, Rusiya itirdiyi gəmiləri indilik əvəzləyə bilmir, çünki Qara dənizi Mərmərə dənizi və Aralıq dənizi ilə birləşdirən Türkiyənin Bosfor boğazı “bütün qeyri-Türkiyə hərbi gəmilərinin üzünə bağlıdır”.
***
Ukraynanın Müdafiə naziri Oleksey Reznikov ölkənin şərqində böyük “dağıntı”larla bağlı xəbərdarlıq edib. O, Rusiyanın davam edən hücumda Ukraynaya “mümkün qədər çox əziyyət verməyə çalışacağını” söyləyib.
Reznikov dağıntılar və “ukraynalılar arasında ağrılı itkilər”dən danışıb. O 40-dək ölkə rəsmisilə birlikdə ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında iki günlük görüşdə iştirak edir.
“Bu həqiqi koalisiyanın məqsədi təkcə Kremli məsuliyyətə cəlb etmək deyil, həm də Rusiyanın tiranlığını məğlub etmək, sivil dünyanın bu müharibəni uda bilməsini təmin etməkdir”, – Reznikov “Facebook”da yazıb.
***
Rusiyanın Müdafiə Nazirliyi aprelin 26-da Xerson vilayətini tam nəzarətə aldığını bildirib. Bu vilayət Rusiyaya quru əlaqəsini təmin edən ərazidə yerləşir. Döyüşlərlə eyni vaxtda humanitar vəziyyət də ağırlaşır.
Rusiya qüvvələri Mariupol şəhərində son müdafiə qüvvələrinin və dinc sakinlərin qaldığı polad zavodunu gülləbaran edir.
Şəhər merinin köməkçisi Petro Andryuşenko “Azovstal” zavoduna hava zərbələrinə fasilə verilmədiyini deyib. Zavoddan dinc sakinlərin çıxmasından ötrü humanitar dəhliz açmaq cəhdləri alınmayıb.
Putinlə danışıqlarda Quterreş Rusiya və Ukraynanı humanitar dəhlizlərin açılmasından ötrü birgə işləməyə çağırıb. Putin ona deyib ki, danışıqların münaqişəyə son qoyacağına ümid edir. Amma danışıqlar prosesi hazırda dayanıb.