Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:20 | 28 aprel 2022 | Cümə axşamı
Məqaləyə 797 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Özbəkistanın Xarici işlər naziri Əbdüləziz Kamilov Ukraynanın ərazi bütövlüyünün açıq dəstəkləyəndən bir neçə həftə sonra işdən ayrılıb. Prezidentin sözçüsü Şerzod Asadov aprelin 27-də deyib ki, Kamilov başqa vəzifəyə keçib – Prezident yanında Təhlükəsizlik Şurasının katib müavini postunda çalışacaq.
Vladimir Norov xarici işlər nazirinin birinci müavini təyin olunub, həm də xarici işlər nazirinin vəzifələrini icra edəcək, Asadov belə deyib. Norov 2006-2010-cu illərdə Özbəkistanın xarici işlər naziri olub.
Kamilov martın 17-də parlamentdə çıxışında deyib ki, Özbəkistan Ukraynanın şərqindəki Donbas regionunda separatçıların “Donetsk Xalq Respublikası” və “Luhansk Xalq Respublikası” adlı qondarma qurumlarını tanımır. O, Özbəkistanın müttəfiqi hesab edilən Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsini “sülh yoluyla həll etməyə” çağırıb.
Bundan sonra Kamilov ictimaiyyət arasında görünməyib.
“Əvvəla, hərbi hərəkətlər və zorakılıq dayandırılmalıdır. Özbəkistan Respublikası Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz Luhansk və Donetsk respublikalarını tanımırıq”, – deyən Kamilov ölkəsinin həm Ukrayna, həm də Rusiya ilə tarixi əlaqələri olduğunu vurğulamışdı.
***
Kamilov onu da qeyd edib ki, Daşkənd Ukraynaya təcavüzdən sonra Rusiyanın tətbiq olunan beynəlxalq sanksiyaların Özbəkistan iqtisadiyyatına mümkün təsirlərini önləməyin yolları üzərində işləyir.
Bu çıxışdan dörd gün sonra Kremlin yaydığı məlumatda Rusiya Prezidenti Vladimir Putinin özbəkistanlı həmkarı Şavkat Mirziyoevlə Ukraynadakı vəziyyəti müzakirə etdiyi deyilirdi. Qeyd olunurdu ki, Özbəkistan prezidenti Ukraynada “Rusiya tərəfinin mövqeyini və hərəkətlərini anladığını” bildirib.
Özbəkistanın Xarici İşlər Nazirliyi martın 29-da Kamilovun bir həftədən çox ictimaiyyət arasında görünməməsini onun Daşkənddə “xroniki xəstəlik”dən müalicə olunması, daha sonra əlavə müalicə üçün bir xarici ölkəyə aparılması ilə izah edirdi.