Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
16:52 | 28 aprel 2022 | Cümə axşamı
Məqaləyə 744 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Martın əvvəlindən Rusiya qoşunlarının işğalı altında olan Xerson şəhərindəki televiziya qülləsində aprelin 27-nə keçən gecə partlayış səsləri eşidilib. Nəticədə Rusiya telekanallarının yayımı müvəqqəti olaraq dayandırılıb və sonradan bərpa edilib.
Sosial şəbəkələrdə şəhərin televiziya qülləsi ərazisində partlayışları əks etdirən videolar yayılıb. BBC agentliyinin rus xidməti bəzi mənbələrə istinadən partlayışdan sonra Xersonun bir neçə rayonunda Rusiya telekanallarının yayımının dayandırıldığını yazıb.
Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti”nin bildirdiyinə görə, şəhərin televiziya mərkəzinin yaxınlığında “bir neçə güclü partlayışlar” baş verib. Agentliyin müxbiri iddia edib ki, hücum Ukrayna hərbçilərinin mövqelərindən qaynaqlanıb.
“Şəhərə zərbələr Ukrayna qoşunlarının mövqeləri tərəfdən “Toçka-U” sistemindən azı iki raketlə endirilib. Ondan əvvəl isə “Uraqan” raket sistemindən beş atəş açılıb”, “RİA Novosti” xəbər verib.
Agentlik bu iddiaları əsaslandıran sübut təqdim etməyib.
Rusiyanın hüquq-mühafizə orqanındakı mənbə agentliyə Ukrayna hərbçilərinin Xersona üç “Toçka-U” raketi atdığını, lakin onlardan ikisinin vurulduğunu bildirib.
Ukraynanın ictimai televiziya kanalı “Suspilne” da “Xersonda partlayış səsləri eşidilir” deyib.
“RİA Novosti”nin verdiyi məlumata görə, televiziya qülləsinə ziyan dəyməyib, itkilər barədə məlumat verilməyib.
Bu məlumatın müstəqil təsdiqi yoxdur. Ukrayna tərəfi bununla bağlı hələ şərh verməyib.
Bu arada Ukrayna mətbuatı da Nikolayev, Odessa və Xarkovda gecə partlayışları haqqında məlumat verib. Odessa hökumətinin bildirdiyinə görə, Rusiyanın kəşfiyyatçı pilotsuz aparatı dəniz üzərində havada vurulub.