Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
12:10 | 30 aprel 2022 | Şənbə
Məqaləyə 1322 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
“Azovstal” səhra xəstəxanasına endirilən aviazərbələr nəticəsində yaralananların sayı 170 nəfərdən 600 nəfərə çatıb. Bu barədə Mariupol meri Vadim Boyçenkoya istinadla məlumat yayılıb.
Ukrayna media mərkəzində keçirdiyi brifinqdə mer deyib ki, Rusiya qoşunlarının genişmiqyaslı hücumu başlayandan bəri şəhərdə 20 mindən çox sakin həlak olub.
Boyçenkonun sözlərinə görə, “Azovstal” zavoduna sığınan mülki adamların demək olar ki, nə suyu, nə qidası, nə də dərmanı qalıb.
“Mariupoldan çıxmağı bacaran yerli sakinlər deyirlər ki, bu şəhər cəhənnəmdir. Azovda isə vəziyyət daha da pisdir. Yemək, su, dərman demək olar ki, yoxdur. İnsanlar xilas üçün yalvarırlar. Zaman günlərlə yox, saatlarla keçir”, -Boyçenko bildirib.
Onun sözlərinə görə, 300-ə yaxın şəhər sakini əvvəlcə Azovstal bomba sığınacaqlarında gizlənib, lakin sonra onlara Rusiyanın bombardmanlarından ən çox zərər çəkən şəhərin sol sahilindən olan qaçqınlar da qoşulub.
Hazırda zavodda nə qədər mülki vətəndaşın olduğu dəqiq məlum deyil.
“Çoxlu sayda qadın, uşaq, qoca evakuasiya olunmağı gözləyənlərdir. Biz bütün beynəlxalq ictimaiyyətdən səy göstərmələrini xahiş edirik. Və ümid edirik ki, davam edən prosedurlar və danışıqlar nəticə verəcək və insanlar xilas olacaq”, - Boyçenko bildirib.