Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:39 | 30 aprel 2022 | Şənbə
Məqaləyə 1135 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynanın Donbas regionu üzərində nəzarətin tam ələ alınması üçün apardığı hərbi kampaniya Moskvanın qrafikindən geri qalır. BBC Pentaqon rəsmilərindən birinə istinadən yazır ki, Rusiya qüvvələrinin Donbas regionundakı hücumu ləng və zəifdir.
Həmin rəsminin fikrincə, paytaxt Kiyevi zəbt etmək planları iflasa uğradıqdan sonra Rusiya qoşunları yalnız cüzi və nizamsız irəliləyişə nail ola bilib.
Pentaqon rəsmisinin sözlərinə görə Rusiya qoşunları arxa cəbhədəki təchizat xəttindən aralı düşməkdən çəkinir: “Biz inanırıq ki, onlar daha davamlı, daha geniş və daha uzunmüddətli hücuma hazırlaşmağa çalışırlar”.
***
Pentaqon inanır ki, Rusiya qoşunları onlar üçün qoyulmuş hədəfdən ən azı bir neçə gün geri qalır. Hazırda Rusiyanın Ukraynanın şərqində və cənubunda 92 batalyon taktiki qrupu var.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə bu qüvvələrin böyük bir qismi sərhədin Rusiya tərəfində qalır.
Pentaqon bildirir ki, müdaxilənin ilk fazasında məruz qaldıqları ağır itkilərə görə bu taktiki qruplar artıq tam güclərində deyillər.
***
Bu arada Londondakı King's College universitetinin hərbi eksperti, professor Mayk Martin bildirib ki, Rusiyanın Donbasdakı hücumu artıq divara dirənib və region uğrunda döyüşlər bir neçə həftə ərzində başa çata bilər.
Hərb araşdırmaları professoru deyib: “Əslində Rusiyanın canlı qüvvəsi tükənəcək və ukraynalıların əks-hücumu başlanacaq”.
Ekspert inanır ki, Rusiya Donbası ələ keçirmək üçün yeganə imkanını artıq tükəndirib: “Onlar artıq döyüşdə əzişdirilmiş qüvvələrini Kiyev ətrafından çıxararaq onları şərqdə yenidən döyüş üçün qruplaşdırmağa çalışıblar”.
***
Professoir Martinin fikrincə bu qüvvələr artıq tam gücü ilə döyüşəcək vəziyyətlərində deyillər.
Mayk Martin bunu da deyir ki, müharibədə “böyük strateji dəyişiklik” yaranıb və Britaniya öz məqsədinin Rusiya qüvvələrinin Krım da daxil bütün Ukrayna ərazisindən çıxarılması olduğunu bildirib.
Lakin ekspertin fikrincə Britaniyanın xarici işlər naziri Liz Trass buna 10 il vaxt lazım gələcəyini deyərkən səhvə yol verir: “Rusiya ordusu bundan əvvəl çökəcək”.
Martın bildirir ki, ABŞ-ın Ukraynaya 33 milyard dollarlıq hərbi yardım ayırması “çox aydın niyyət siqnalıdır”.
Alim düşünür ki, bu, həm də ABŞ-ın Putinin nüvə silahına əl atacağına inanmadığını göstərir.
***
Britaniya Müdafiə Nazirliyinin aprelin 29-da açıqlanmış kəşfiyyat hesabatında deyilir: “Ukrayna qüvvələrinin güclü müqavimətinə görə Rusiyanın Donbasdakı uğurları məhduddur və ağır itkilər hesabına başa gəlir”.
Kəşfiyyat icmalında deyilir ki, Donbas Rusiyanın əsas strateji hücum istiqaməti olaraq qalır. Rusiya qüvvələri burada Luqansk və Donetsk vilayətlərini tam nəzarətə götürməyə çalışır. Bu da qeyd olunur ki, bu ərazidə ən ağır döyüşlər Lisiçansk və Severodonetsk şəhərləri yaxınlığında gedir. Rusiya qüvvələri burada İzyum tərəfdən Slavyansk şəhərinə doğru irəliləməyə çalışır.