
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiya hələ 1 həftə qabaq Donbasda geniş miqyaslı hücuma start verməliydi. Bir neçə istiqamətdə irəlləməyə çalışır, amma bu geniş miqyaslı hücum deyil, yəni Donbas uğrunda döyüş hələ başlamayıb və Pentaqonun dünənki brifinqində bu qeyd olunub.
***
– Pentaqonun brifinqində Ukrayna SQ artilleriyasının ruslara çox güclü zərbələrin təsiri qeyd olunub. Bu zərbələr səbəbindən ruslar hələ ki, qüvvələrini cəmləşdirə bilmir, ləngiyirlər.
– Rusiyanın əsas problemi güclü və çevik rezervlərin olmamasıdır.
Səfərbərlik Putinə kömək edəcəkmi?
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, 9 mayda Rusiyada səfərbərlik elan edilə bilər(Ben Uolles sadəcə ehtimal edir).
– Ölkədə böyük rezonans yaranacaq. Biri var isti divandan müharibəyə dəstək vermək, biri də var müharibənin qəddar üzünü görmək. Razılaşın ki, bu fərqli baxışlardır.
– Çağırışçılar təlimlərdən keçməlidir (6-12ay). Putinin o qədər vaxtı varmı? Onları silahlandırmaq üçün silahlar varmı? Suallar ritorikdir.
– Komandirlər əlavə qüvvələrin koordinasiyasını edə biləcəklərmi? Logistika lazımlı səviyyədə təşkil olunacaqmı? Çernobayevka fenomenini yadıma salaraq, dəqiq deyə bilərəm ki, bunlar da ritorik suallardır.
Putin dəfələrlə bəyan edib ki, Qərb tərəfindən silahların göndərilməsi üçün istifadə olunan logistika infrastrukturuna zərbə endiriləcək.
– Bunu etmir, edə bilmir (Rusiya internet seqmentində paylaşılan məlumatlar yalandır).
Hava məkanı
– Rusiya nəinki səmada hərbi üstünlüyü artıra bilməyib, Rusiya üstünlüyü itirib və Ukraynaya qərbin göndərdiyi HHM sistemlərinin hesabına gündən-günə hava məkanında nəzarəti, üstünlüyünü gücləndirir.
Gündən-günə vurulan qırıcıların, raketlərin, dronların, helikopterlərin sayı çoxalır.
Silahlar
– Qərb Ukraynaya dayanmadan silahlar göndərir. Lend-liz, Baydenin Konqresdən silahlar üçün istədiyi 20 milyard dollar Ramştayn sammiti və s. Yəni, silahların göndərilmə miqyası "başlanğıcın sonu" fazasındadır və pik nöqtədən hələ çox uzaqdadır. Gündən-günə Ukraynaya daha ağır, daha güclü, daha uzunmənzilli, daha uzaq radiuslu və daha yeni silahlar göndəriləcək. Rusiya buna qarşı HEÇ NƏ edə bilməyəcək.
Peşəkarlıq
– Ukrayna xalqı döyüşən xalqdır(tarixdə də bunu görə bilərik). Pentaqonda qeyd edirlər ki, ukraynalı hərbçilər çox qısa zaman ərzində təlimlərdən keçirlər. Hərbi komandanlıq (Zalujnı başda olmaqla) öz işini mükəmməl görür.
ABŞ və Kanada təlimatçıları bu illər ərzində çox böyük işlər görüblər, Ukraynada super peşəkar komandirlər yetişib.
***
– Ukrayna əsgəri öz torpağında vuruşur. Məncə əlavə şərhə ehtiyac yoxdur.
Putinin təhdidləri
– Putin çıxılmaz vəziyyətdədir. Ona görə də onun nüvə silahı ilə hədələməkdən başqa çarəsi yoxdur. Hitler məğlubiyyətinə 1 il qalmış bütün dünyanı sehrli silahla hədələyirdi. Nəticəni hər kəs gördü, yalan, pafos, boş hədələr imiş.
– Putin nüvə zərbəsi endirsə belə(buna inanmıram), strateji olaraq bu heç nəyi dəyişdirməyəcək. Qərb buna adekvat cavab verəcək və heç kimin bunda şübhəsi olmasın. Müharibənin bir qalibi olacaq və onun kimliyi hər kəsə bəllidir.
Qərb beyin mərkəzlərində bütün qiymətləndirilmələr iki tezis üzərində edilir: “Qələbənin tarixi” və “qələbənin qiyməti”.