Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:54 | 1 may 2022 | Bazar
Məqaləyə 1451 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, qadın əsgərlər və zabitlər Ukrayna ordusunun təxminən 15 faizini təşkil edir. 2014-cü ildən bəri 30 mindən çox ukraynalı qadın döyüş veteranı olub. Rusiyanın işğalından sonra bu rəqəmlər artıb.
Ukraynada müharibənin birinci günü kiyevli sahibkar, kiçik leytenant Yevgenya Emerald Ukraynanın Ərazi Müdafiəsinə qoşulub və bir neçə gündən sonra Ukrayna Ordusu Xüsusi Alayının zabiti olub. “Mən 2014-cü ildə, Ukraynada hərbi əməliyyatlar başlayanda orduya qoşulmaq istəyirdim. Amma o vaxt mənim balaca uşağım var idi. Bu dəfə müharibə başlayanda mən tərəddüd etmədim. Hazırda başqa bir şey edəcəyimi təsəvvür edə bilmirəm”.
Yarina Çornohuz son iki ildir Ukrayna Silahlı Qüvvələrində tibb işçisi olaraq çalışır. “Mən orduya qismən qoşuldum, ona görə ki, həmişə bunu etmək istəmişəm. Lakin qatıla bilmədim, çünki 2014-cü ilin aprelin 14-də uşağım oldu. 2020-ci ilin yanvar ayında sevgilim vəzifəsini yerinə yetirərkən həlak oldu. Ona görə də onun xatirəsinə orduya qoşulmaq qərarına gəldim”.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2021-ci ilin sonuna qədər Ukrayna silahlı qüvvələrində 32 minə yaxın qadın olub.
Katerina Primak Ukrayna Veteran Qadınlar Hərəkatının həmtəsisçisidir. Yeddi ildən artıqdır ki, o, silahlı qüvvələrdə qadınların hüquqları uğrunda mübarizə aparır. Lakin onun sözlərinə görə, bütün səylərinə baxmayaraq, qadınlar çox vaxt orduda kişilərlə bərabər hüquqlara malik olmur. “Əgər qadın orduda xidmət edirsə və onu evdə uşağı və əri gözləyirsə, təsəvvür edə bilərsiniz ki, qadının istənilən peşəni seçmək hüququ olsa da, daha ənənəvi cəmiyyət belə qadın haqqında nə deyəcək? Ya ər, ya da arvad hərbi xidmətdə ola bilər”, – deyə, Katerina bildirir.
Üstəlik qadınlar kişi həmkarlarının hörmətini qazanmaq üçün iki dəfə çox çalışmalı olduqlarını deyirlər. Yevgenya Emerald: “Düzünü desəm, iki həftə çox çətin keçdi. Amma indi öz zəhmətim və əzmkarlığımla özümü sübut etdim və uşaqlar məni tam qəbul edir. Bilirsiniz, onlar indi mənim üçün ailə kimidir”.
2014-cü ildən, Donbas bölgəsində səkkiz ildir başlayan hərbi əməliyyat ərzində ordu sıralarlna qoşulan qadınların sayı xeyli artıb. Və Ukrayna Veteran Qadın Hərəkatı təhlükəsizlik və müdafiə sahələrində gender bərabərliyində əhəmiyyətli irəliləyiş əldə edib. Katerina Primak: “İndi qadınlara bərabərhüquqlu kimi baxılır. Onlara hüquqlara sahib insanlar kimi yanaşırlar. Bu, çox böyük addımdır. Əvvəllər heç kim orduda cinsi zorakılıq və ya təcavüz haqqında danışmırdı və indi bu mövzu tabu olmaqdan çıxıb. Biz bunun üzərində işləyirik”.
Onun sözlərinə görə, hazırda ən aktual problem hər ikisi, həm kişilər, həm də qadınlar üçün kifayət qədər silah və dərmanın olmamasıdır. O, qərb müttəfiqlərini ölkəsinə yardım etmək üçün əllərindən gələni etməyə çağırır.