Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:23 | 5 may 2022 | Cümə axşamı
Məqaləyə 962 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Azov batalyonunun komandiri Denis Prokopenko zavodu heç vaxt təslim etməyəcəyinə and içib. Onun “Telegram” kanalında dediyinə görə, Rusiya qüvvələri zavodun ərazisinə daxil olanda ağır döyüşlər gedib. Prokopenko zavodda vəziyyətin çox çətin olduğunu, Ukrayna ordusunun özünü müdafiə etdiyini vurğulayıb.
Rusiya ilə hazırda dayanmış sülh danışıqlarında Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya isə deyib ki, Ukrayna hakimiyyətinin zavodu müdafiə edənlərlə əlaqəsi var. Bundan öncə əlaqənin itdiyi haqda xəbərlər yayılmışdı.
Mayın 4-də Mariupoldan 344 qadın, uşaq, yaşlı sakin çıxarılıb. Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bunu “daha bir kiçik qələbə” adlandırıb.
Vereşçuk əməliyyata göstərdiyi dəstəyə görə BMT işçilərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür edib. BMT Zaporojyedə 300-dən çox dinc sakinə humanitar yardım göstərildiyini təsdiqləyib.
***
Ukraynanın şərqindəki Luqansk vilayətində son 24 saat ərzində Rusiya qüvvələrinin açdığı atəşdən beş dinc sakin həlak olub. Bunu vilayətin qubernatoru Sergey Qayday mayın 5-də deyib.
Mayın 4-də qonşu Belarusda irimiqyaslı təlimlər başlanıb. Britaniya Müdafiə Nazirliyinin mayın 5-də yaydığı məlumata görə, Rusiya Belarusdakı təlimlərin yaratdığı “təhdidi şişirtməyə”, bununla da Belarusla sərhəddəki Ukrayna qüvvələrinin ölkənin şərqindəki cəbhə zonasına göndərilməsini önləməyə çalışacaq.
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sanksiyaları ilə üzləşib.