Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:01 | 5 may 2022 | Cümə axşamı
Məqaləyə 877 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın Rusiya qoşunlarının mühasirəsində olan Mariupol şəhərindəki Azovstal zavodundan dinc sakinlər üçün üç gün ərzində təhlükəsiz dəhliz veriləcəyi bildirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə dəhliz mayın 5-də, 6-da və 7-də saat 08:00-dan 18:00-dək veriləcək.
Məlumatda deyilir ki, göstərilən saatlarda birtərəfli qaydada bütün hərbi əməliyyatlar dayandırılacaq.
Hərbi birləşmələr təhlükəsiz məsafəyə çəkiləcək və dinc vətəndaşların istədikləri istiqamətdə çıxışına imkan veriləcək.
Bu məlumata Ukrayna tərəfinin reaksiyası hələki bilinmir.
Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək “Azovstal” zavodundakı insanların oradan çıxarılmasında kömək istəmişdi:
“Orda olan insanların həyatı təhlükədə olmaqda davam edir. Bizim üçün hər bir insan qiymətlidir. Biz onların xilası üçün sizdən kömək istəyirik”.
Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Ukrayna Mariupolin dinc sakinlərini oradan mayın 4-də çıxarmağa ümid edirdi, lakin belə görünür, Rusiya ordusunun atəşi buna imkan verməyib.
***
Ukrayna mediası xəbər verir ki, zavoda nəzarət uğrunda şiddətli döyüşlər davam edir.
Mayın 3-də zavodun ərazisində böyük yanğın baş vermişdi. “Azovstal” zavodunda Ukrayna qüvvələri – “Azov” batalyonunun döyüşçüləri və dəniz piyadaları qalır.
Mariupoldakı Ukrayna döyüşçüləri mayın 4-də rabitəyə çıxa biliblər və Rusiya qoşunlarının zavodun ərazisinə daxil olduqlarını təsdiq ediblər.
Mayın 4-də səhər Mariupolun müdafiəsində qalan əsgərlərin valideynləri Kiyevdə mitinq keçiriblər.
Onlar övladlarının “Azovstal”dan çıxarılmasında kömək üçün dünya liderlərinə və beynəlxalq birliyə müraciət ediblər.
***
Rusiya ordusu, habelə qondarma DXR və LXR separatçılarının qüvvələri Mariupolu iki aya yaxındır ki, mühasirədə saxlayırlar.
Aprelin 21-də Rusiya prezidenti Vladimir Putin guya Azovstala hücumu dayandırmaq və zavodu yalnız blokada etmək əmri vermişdi.
Buna baxmayaraq Azovstala hücum və raket zərbələri o vaxtdan bir gün də dayanmayıb.
“Azovstal” zavodu Mariupolda Ukrayna silahlı qüvvələrinin nəzarətində olan yeganə və sonuncu istehkamdır.
Rusiya hakimiyyəti oradakı Ukrayna əsgərlərinə təslim olmağı təklif edib və sağ qalacaqlarını vəd edib.
Ukrayna əsgərləri bu təklifi rədd ediblər.